İnsanlara hürriyət, millətlərə istiqlal!

"Bu adam insanları axmaq vəziyyətinə salır" — Nyusomdan sərt xəbərdarlıq !

1009 21.01.2026 02:33 Dünya A A

Kaliforniyanın qubernatoru Qevin Nyusom Davosda jurnalistlərlə danışarkən ABŞ prezidenti Donald Trampın Avropa liderlərini “oyuna gətirdiyini” bildirib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, NBC-nin yayımladığı videoda Nyusom Avropanın hələ də köhnə qaydalarla düşündüyünü və bunun nəticəsində Vaşinqton qarşısında de-fakto çətin vəziyyətə düşdüyünü deyir.

“Avropalılar özləri qərar verməlidir, amma bir şeyi etməyə heç cür imkanları yoxdur – o da artıq etdikləri səhvi təkrarlamaqdır.. Bu adam (Tramp-red.) insanları axmaq vəziyyətinə salır və bu, sadəcə, utandırıcıdır,” – deyə Nyusom bildirib.

Demokratlar arasında 2028-ci il prezident seçkiləri üçün mümkün namizədlərdən biri kimi göstərilən Nyusom Tramp administrasiyası ilə illərdir miqrasiya, iqlim tənzimləmələri və digər federal siyasət məsələlərində açıq qarşıdurmaya girib.

Davosdakı çıxışında o həmçinin dünya siyasətinin hələ də “köhnə oyunun qaydaları” ilə getdiyini, halbuki Trampın bu qaydaları pozaraq yeni reallıq yaratdığını vurğulayıb.

Nyusom Trampın davranışını “nəzarətsiz və əsəbi” kimi təsvir edərək Avropanın yeni geosiyasi mühitə uyğunlaşmaqda ləng qaldığını bildirib.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR