İnsanlara hürriyət, millətlərə istiqlal!

Brüssel görüşü qabağı işə düşən silahlar: bu dəfə atanlar kimdir, kazaklar, yoxsa...

3436 23.11.2021 04:00 Yazarlar A A

Bu günlərdə əsas müzakirə mövzusu Brüssel görüşü ilə bağlıdır. Hər kəs gözləyir: görəsən, hansı anlaşmalar olacaq? Şübhəsiz, ən çox həyəcanlanan ermənilərdir. Bu mənada İrəvan küçələrində başlanan “dartma yaxam cırıldı” prosesi təbii qarşılanmalıdır.

Əksəriyyət Paşinyandan masada olan, yaxud imzalanacaq sənədin mətnini tələb edir. Qorxurlar ki, 44 günlük savaşın yekununda bəlkə də masanın altında kapitulyasiya aktına qol çəkmiş Nikol bu dəfə də Zəngəzur dəhlizi, sərhədlərin delimitasiya və demarkasiya ilə bağlı anlaşmaya imza atar və...Əslində ermənilərin xilası bundadır, ancaq anlamırlar. Yaxud da hələ onları “yararlı” hesab edir, istifadəsini davam etdirənlərdən qopa bilmirlər.

Brüssel Nikol Paşinyanla bağlı ermənilərin yaddaşında heç də yaxşı xatirələrlə qalmayıb. 2018-ci ildə, Nikol hakimiyyətə gəldikdən iki ay sonra NATO-nun Brüssel toplantısına dəvət almışdı. Özünü “qərbpərəst” siyasətçi kimi göstərməyə çalışan baş nazir zənn edirdi ki, bu təsisatlardan işğala da dəstək alacaq. Lakin elə o zaman NATO və Avropa İttifaqının sənədlərində Azərbaycanın ərazi bütövlüyü tam olaraq dəstəkləndi, Paşinyansa Brüsseldə sadəcə pul diləndi, yardım istədi, geri qayıtdı.

Müzəffər Azərbaycan Ordusu » YeniHeyet.Az - Yeni Həyat Qazeti

O zaman həm ermənilərin gülüş obyektinə çevrildi, həm də Rusiyanın sərt münasibətilə üzləşdi. Təsadüfi deyildi ki, Putindən aylar uzunu təbrik gözləyə-gözləyə qaldı. Paşinyan da Rusiya hakimiyyətindən qisas alacaqmış deyə, cani Robert Köçəryanı həbs etdirdi, Serj Sarkisyanı məhkəmə yollarında süründürdü...

Bu günlərdə Rusiya da Brüssel görüşü ilə bağlı rahat görünmür. Təsadüfi deyil ki, son bir həftədə prezident Putinin Paşinyan iki dəfə telefon danışığı olub. İkinci zəng Rusiyadan gəlib. Əvvəla, Kreml 2020-ci ildə təkbaşına başlatdığı sülhməramlı missiyaya şərik çıxmasını istəmir. Əks təqdirdə çoxdan israrla Minsk Qrupunun dövriyyəyə girməsinə cəhd göstərərdi. Masada hansısa anlaşmanın olması Rusiyanın kölgədə qalmasına səbəb ola bilər.

Oxu.az - Putin hansı telefonlara üstünlük verdiyini açıqladı

İkincisi də Moskva Brüsseldəki Şərq Tərəfdaşlığı ölkələrinin toplantısına Paşinyan Ermənistanın qatılmasını arzulamır. Kreml Azərbaycandan arxayındır, Qoşulmamaq Hərəkatının üzvü və hazırki sədri olan ölkəmizin Avropa təsisatları və ölkələri ilə ikitərəfli əməkdaşlıqla bağlı aydın mövqeyi var. Ermənistan isə istisnadır, Putin yaxşı bilir ki, Paşinyan onun gözündən yayınan kimi, Avropanın çətiri altına girmək istəyəcək. Bu mənada onun telefonu qaldırıb İrəvana zəng etməsi bir sıra suallara cavab alması baxımından zəruri olub çox güman ki. Amma Paşinyan Rusiya liderini arxayın edə biləcək hansı sehrli ifadələr işlədib, maraqlısı budur.

Müşahidələr göstərir ki, Rusiya narahatdır. 21-ci əsrin silahları ilə aparılan müharibənin dayandırılmasına nail olan, Qarabağa sülhməramlı kontingent yerləşdirən, şimal qonşumuz bu boyda prosesin sonucunda sülh razılaşmasının Avropa ölkəsində, özü də NATO-nun mənzil-qərargahının “qonşuluğunda” imzalana biləcəyindən, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Sülh üzrə Nobel Mükafatını qazanmaq şansı əldə edəcəyindən nigarandır bəlkə də. Bəlkə də Rusiyada “Mumu”nu Turgenev yazır, amma heykəli Puşkinə qoyurlar”, deyə, düşünənlər də var. Axı, Rusiya Qafqazı özünün nüfuz dairəsi hesab edərək, hətta Türkiyəni də buraya buraxmaq istəmirdi son illərədək...
Brüssel səfərindən öncə 9-10 noyabrda Rusiyanın üçtərəfli görüş təşəbbüsü olmuşdu. Hətta Putinin köməkçisi də görüşü istisna etməmişdi. Amma İrəvan təşəbbüsün üstündən xətt çəkdi. 5 gün sonra baş verənlər məlumdur. Kəlbəcər və Laçın, hətta Tovuz istiqamətində Ermənistanın terror-təxribatları baş verdi, itkilərdən sonra düşmən geri oturdu. Prezident Putin səviyyəsində baş verənlərə münasibət bildirildi və sülhyaratma üçün əlavə qüvvələrin zəruriliyinə işarə edildi. Belə bir məqamda isə Brüssel dövriyəyə girdi.

Şarl Mişel: “Bölgədə uzunmüddətli və davamlı sülhün tərəfdarıyıq” -  YENİLƏNİB | Report.az

Bu mənada sosial şəbəkələrin erməni seqmentində Belçika görüşündən öncə Soçidə üçtərəfli görüşün olacağı, hətta hansısa anlaşma imzalana biəcəyi barədə məlumatlar da təsadüf sayıla bilməz. Şübhəsiz, bu, Kremlin istəyidir, ən azı Paşinyan üçün cizgiləri müəyyənləşdirmək baxımından. Paşinyansa erməni xalqına inandırmağa çalışır ki, onların xilası Avropada, Qərbdədir, 44 günlük müharibədə Rusiyanın Ermənistanı tək qoyduğunu həm də Anna davamlı şəkildə deyir. Rəsmi İrəvan Rusiyadan qopmaq üçün çıxış yolları arayır. Rusiya və KTMT-nin Ermənistanın köməyinə gəlməyəcəyini bildiyi halda, 15-16 noyabr toqquşmalarından sonra yenə də ardıcıl müraciətlər edildi, səbəb təkdir: erməni xalqı görsün, inansın ki, Moskva onu meydanda tək qoyub. Amma hələ ki, Rusiyanın “beşinci kolon”u mövcuddur və hər an Paşinyanın arzulamadığı proseslər baş verə bilər. Ona görə də Rusiyaya bağlı müdafiə nazirini tez-tələsik “Soros uşağı” ilə əvəzlədi, revanşistlərin nümayəndəsi Serj Sərkisyanı məhz bu günlərdə istintaqa apartdırdı.

Ancaq Kreml də forpostunu əldən verməyə tələsmir. Son iki gündə Rusiyanın Ermənistandakı qırıcılarının səmaya qalxıb, şou göstərməsi həm Qərbə “buralar bizlikdir”, mesajı idi, həm də Avropaya boylanan ermənilərə.

Rusiya Ermənistana qırıcı təyyarələr göndərdi - Xural qəzeti

Proseslərin davamını gözləyək, amma həm də ehtiyatla. İrəvandakı etiraz aksiyaları, Soçi görüşü xəbərdarlığı, Brüssel hazırlığı fonunda bir erməni hərbçinin guya Kəlbəcər istiqamətindən açılan atəş nəticəsində ölməsi barədə dezinformasiya köhnə ssenariləri xatırladır. Azərbaycan Müdafiə Nazirliyi erməni tərəfin iddiasını təkzib edib. Amma istisna deyil ki, hərbçini elə özləri aradan götürüblər, bəlkə də hansısa planların tərkib hissəsidir bu hadisə. Oktyabr ayında ermənilər iki bənzər dezinformasiya yaydılar, bir tarktorçu, bir hərbçinin ölümü ilə bağlı. Ardınca ordumuza qarşı terror hücum oldu.

Bir az da əvvələ qayıdaq: 2016-cı ilin aprel döyüşləri Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sərkisyanın görüşünün planlaşdırıldığı haqda xəbərdən sonra başladı. Liderlər Vaşinqtonda keçirilən Nüvə Təhlükəsizliyi Sammiti çərçivəsində bir araya gələcəkdilər, ABŞ-ın vasitəçiliyi ilə və 4 günlük müharibə başladı, Şoyqunun xahişindən sonra savaş dayandı. Bu, faktdır ki, bölgədə nə baş verirsə, dərhal Rusiyanın adı hallanır: “Atan kazaklardır”, deyənlər kifayət qədərdir. Qərbin İrəvandakı laboratoriyaları da hansısa toqquşma planları hazırlaya bilərlər, ermənilərin Rusiyadan birdəfəlik üz çevirməsini tezləşdirmək üçün. Elə bu günlərdə ABŞ öz vətəndaşlarına “Zəngəzura getməyin”, çağırışı etmədimi?..

Prezidentin Nikol Paşinyanla görüşü (VİDEO)

Ümid edək ki, bu dəfə pis bir şeylər olmayacaq. Amma ehtiyatı əldən verməməliyik. Ağılsız ermənilər hələ də bölgədə maraqlarını realizə etmək istəyən qüvvələrin əlində oyuncaqdırlar, hər an nələrsə ola bilər. Təbii ki, biz çox güclüyük, bu gün əsgərimiz Gorus-İrəvan magistralına belə nəzarət edir. Qürurluyuq, döyüşdə böyük zəfər qazanmış ordunun Komandanı görüşə tam üstünlüklə qatılacaq, erməniləri və himayədarlarını həyəcanlandıran yəqin ki, həm də budur...

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR