İnsanlara hürriyət, millətlərə istiqlal!

Britaniya təmiz enerji layihələrinə sərmayəni üç dəfə artırıb

230 04.06.2024 14:15 Dünya A A

Bu gün Londona keçirilən “Xalis sıfıra çatdırılma” ilə bağlı sammitdə (Net Zero Delivery Summit) təqdim edilən yeni hesabata görə, Böyük Britaniya maliyyə institutları təmiz enerji layihələrinə sərmayəni üç dəfə artırıblar.

AZƏRTAC xəbər verir ki, hesabata görə Britaniyadakı maliyyə institutları 2023-cü ildə təmiz enerji layihələrinə yatırımlarını bir ildə demək olar ki, üç dəfə artıraraq 2,3 milyard dollara çatdırıblar.

Hesabatda göstərilib ki, tədqiq edilən 126 Britaniya maliyyə qurumu tərəfindən təmiz enerji layihələrinə yatırımların artım tempi tədqiqatda bütün qlobal maliyyə mərkəzləri arasında ən sürətli olub. Birlikdə əhatə olunan beş maliyyə mərkəzində (Böyük Britaniya, ABŞ, Fransa, Almaniya və Yaponiya) 2023-cü ildə 2022-ci illə müqayisədə təmiz enerji layihələrinə yatırımlarda orta hesabla 59 faiz artım müşahidə edib.

Qeyd edək ki, “Net Zero Sammiti” London Şəhər Korporasiyası tərəfindən dünyanın müxtəlif yerlərindən dayanıqlılıq üzrə ekspertləri bir araya gətirir. Məqsəd əvvəlki COP-larda verilmiş öhdəlikləri Azərbaycanda keçiriləcək COP29-a qədər əməli addıma çevirməkdir.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR