İnsanlara hürriyət, millətlərə istiqlal!

BQXK-nın unutduğu minlərlə azərbaycanlı - qurum niyə susur?

557 29.07.2023 10:27 Siyasət A A

Son dövrlər Beynəlxalq Qırmızı Xaç Komitəsi qurumun maşınlarında Qarabağdakı separatçı ünsürlərə qanunsuz olaraq yüklər daşınması, öz mandatına aid olmayan işləri görməklə gündəmə gəlib. Halbuki bu qurumun mandatına daxil olan əsas işlər var.

Bunlardan biri də Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş minlərlə azərbaycanlının taleyi ilə bağlı araşdırma aparmaqdır. Ancaq bu yöndə qurum susur. Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərin taleyi ilə bağlı Azərbaycan tərəfi BQXK-ya çoxsaylı müraciətlər ünvanlasa da, cavabsız qalıb. Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş 54 hərbçi BQXK vasitəsilə ailələri ilə əlaqə saxlasalar da, sonradan onların talelərinin necə olması ilə bağlı hər hansı məlumat verilməyib. BQXK bu hərbi cinayətin araşdırılması istiqamətində heç bir səy göstərməyib. BQXK 2014-cü ildə DNT məlumat bazasını yaratmasına baxmayaraq, itkin düşən soydaşlarımızın işinə hər hansı xeyri olmayıb. Bu da BQXK-nın itkin düşən azərbaycanlıların taleyinə biganə yanaşmasının göstəricisidir.

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə “Yeni Müsavat”a açıqlamasında sözügedən qurumun Xankəndində ofisinin fəaliyyət göstərməsinin anlaşılmaz olduğuna diqqət çəkdi. O qeyd etdi ki, Qarabağdakı BQXK nümayəndəliyinin ərazidə hansı statusda daxil olduğu aydınlaşdırılmalıdır: “Etnik ermənilər Azərbaycan ərazisində yaşayırlar. Azərbaycanın suveren ərazisindəki bütün beynəlxalq təşkilatlar fəaliyyətini ölkəmizlə razılaşdırmalıdırlar. Separatçı rejimin təsir dairəsində olan ərazidə bu qurumun nümayəndəliyinin fəaliyyət göstərməsi, bu fəaliyyətin tabeçilik formasının qeyri-müəyyən olması başadüşülən deyil. Nümayəndəlik mütləq Bakı ofisinə tabe olmalıdır. BQXK-nın Ermənistandakı ofisə tabe olan Xankəndindəki nümayəndəliyinə məxsus olan xidməti avtomobillər qaçaqmalçılıq üçün istifadə olunur. Heç kim onların əvvəllər silah daşınması ilə məşğul olmadığına zəmanət verə bilməz. Onlardan bir neçəsi barəsində tədbirlər görülməkdədir. BQXK baş ofisi açıqlama yayaraq bildirib ki, icarəyə götürülən və üzərinə müvəqqəti olaraq BQXK emblemi vurulan dörd nəqliyyat vasitəsinin sürücüsü öz maşınlarında kommersiya məqsədli yükləri keçirməyə cəhd ediblər. Bu şəxslər BQXK əməkdaşları olmayıb və onlarla olan xidməti müqavilələrə dərhal xitam verilib. Mən isə hesab edirəm ki, bu, mübarizə metodu deyil”.

Çətindir... Azərbaycan üçün 125 deputat azdır” – Çingiz Qənizadə Yeni Sabah

Çingiz Qənizadə: “BQXK-nın Xankəndindəki nümayəndəliyi Bakıya tabe olmalıdır”

Ç.Qənizadə BQXK-nın beynəlxalq humanitar təşkilat olsa da, fəaliyyətində bəzən siyasi təsirlərin təzahürlərinin göründüyünü bildirdi: “İllər əvvəl mən Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının üzvü ikən görüşlərdən birində Milli Təhlükəsizlik naziri Namiq Abbasov BQXK-nın fəaliyyətini tənqid etmiş, onları fəaliyyətsizlikdə günahlandırmışdı. Qurumun nümayəndəsi nümayişkaranə şəkildə görüş məkanını tərk etmişdi. Beynəlxalq hüquqla bağlı, eləcə də digər təşkilatların fəaliyyətində Azərbaycana qarşı hər zaman ikili standartlar nəzərə çarpıb.  BQXK Birinci Qarabağ müharibəsi zamanı əsir və itkin düşmüş, girov götürülmüş 3890 nəfərin taleyi ilə maraqlanmır. Nəzərə alaq ki, Avropa İttifaqı Şurasının təşkil etdiyi sülh danışıqlarında əldə olunan razılaşmalar var. Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel də qeyd edib ki, razılaşmalardan biri Ermənistan tərəfindən əsir və itkin düşmüşlərlə bağlı açıqlamaların verilməsidir. Buna baxmayaraq, bizə bu barədə heç bir məlumat verilmir, hətta bu barədə heç bir addım atılmır. Qarabağa humanitar yükün daşınması ilə bağlı Ağdam-Xankəndi  yolunun istifadə olunması təklif olunub. Digər sərhədlərdən bölgəyə nə humanitar, nə də digər yüklərin daşınmasın imkan verilməyəcək. BQXK hərbi cinayətlərin araşdırılması istiqamətində də heç bir addım atmayıb, bu isə BQXK-nın reputasiyasını ciddi şübhə altına alır”.

Deputatlardan Fazil Mustafaya qarşı terrorun sifarişçilərinə sərt reaksiya  - 04.04.2023, Sputnik Azərbaycan

Fazil Mustafa: “BQXK-nın etibarlılığının müzakirəyə çıxarılması üçün bəyanatlar verməliyik”

Millət vəkili Fazil Mustafa qeyd etdi ki, BQXK siyasətdən uzaq təşkilat olmalıdır və obyektivliyi qorumalıdır. O hesab edir ki, təşkilat vasitəsilə ermənilərin mövqeləri təbliğ olunur: “Bu  günə kimi komitənin Qarabağ müharibəsində ermənilərin işğalçı olduqlarına, o cümlədən onların törətdiyi vəhşiliklər barədə açıqlamalarına rast gəlməmişik. Halbuki, bu təşkilat vasitəsilə orqanı çıxarılmış azərbaycanlılar haqqında dünya ictimaiyyətinə məlumat verilsə idi, məsələ ilə ciddi məşğul ola bilərdik. Bu qurum Ermənistanın rəsmi mövqeyini nümayiş etdirməyə davam edir. Yük daşınması, ermənilərə kömək göstərilməsi istiqamətində addımlar atır. Buna görə də BQXK ilə əməkdaşlığımız davam etmiş olsa belə, bu mövqeyi nəzərə almalıyıq. Düşünürəm ki, BQXK-nın etibarlılığının müzakirəyə çıxarılması, onlara mandatı xatırlatmaq üçün bəyanatlar verməli, sənədlər hazırlayıb beynəlxalq təşkilatlara göndərməliyik. İtkin düşmüş azərbaycanlılarla bağlı məlumatların verilməməsi də qurumun Qarabağdakı fəaliyyətinin ermənilərə xidmət etdiyini göstərir”.

Xəyal Bəşirov yazır: Dizel yanacağı tökülərək diri-diri yandırılan və başı  kəsilən insanlar » Newscenter.az

Xəyal Bəşirov: “Ermənistan qanunazidd əməllərində BQXK-dan alət kimi istifadə edib”

Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin  rəhbəri, politoloq Xəyal Bəşirov “Yeni Müsavat”a bildirdi ki, bəzi təşkilatlar, o cümlədən BQXK regionda sülhün bərqərar olmasında maraqlı deyillər. Politoloq xatırlatdı ki, komitənin xəbərdar olmasına baxmayaraq, ermənilər sağ qalanların ölümünə səbəb olublar: “Qarabağ və ətraf ərazilərdə yaşayan ermənilərlə bağlı Ermənistan tərəfinin yaratdığı şouda BQXK iştirak edib. Düşünürəm ki, qurum erməni yalanlarının inkişaf etdirilməsində rol alır.  Ermənistan qanunazidd əməllərində BQXK-dan alət kimi istifadə edib. Təəssüf ki, Azərbaycan ərazisində fəaliyyət göstərən bu komitə Bakıda başqa söz deyir, Qarabağda isə tamam fərqli mövqe ortaya qoyur. Baş verənlər ikiüzlü siyasətin davamıdır. BQXK  qeyri-qanuni fəaliyyətinin ifşa olunmasından məntiqi nəticə çıxarmaq əvəzinə, əksinə başqa formada fəaliyyətini davam etdirir. Azərbaycan-Ermənistan münasibətləri normallaşarsa, sülh sazişi imzalanarsa, şərti Azərbaycan-Ermənistan sərhədində təxribatlar bitərsə, bəzi təşkilatların fəaliyyətini davam etdirməsinə zərurət qalmayacaq. BQXK-nı da narahat edən budur”.

X.Bəşirov vurğuladı ki, heç nə Azərbaycanı haqq yolundan döndərə bilməz. “Haqq mübarizəmizin məntiqi nəticəsi 44 günlük Vətən müharibəsində əldə etdiyimiz qələbədir”, - deyə o qeyd etdi.

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR