İnsanlara hürriyət, millətlərə istiqlal!

Böyük Britaniyada bəzi məhdudiyyətlərin yenidən tətbiqinə başlanıb

215 09.12.2021 10:35 Son xəbər A A

Böyük Britaniyada koronavirusun “omikron” ştamına yoluxma artdığı üçün bəzi məhdudiyyətlərin yenidən tətbiqinə başlanıb.

AZƏRTAC xəbər verir ki, Baş nazir Boris Conson mətbuat konfransı keçirərək bazar ertəsindən etibarən bəzi iş sahələrində evdən işləməyin daha uyğun olacağını açıqlayıb.

Tədbirlər çərçivəsində cümə günündən ictimai yerlərdə, o cümlədən teatr və kinoteatrlarda maskaların taxılması məcburi olacaq.

Növbəti həftədən etibarən, böyük izdihamın toplaşdığı gecə klubları və konsert salonları kimi yerlərə daxil olarkən COVID pasportu tələb ediləcək. Baş nazir COVID pasportu üçün iki doza peyvəndin kifayət edəcəyini bildirib.

Alimlər “omikron” ştamının “delta”dan daha asan ötürülən və Böyük Britaniyada dominant variant ola biləcəyini elan ediblər.

Bununla belə, “omikron” ştamı haqqında hələ də çox şey bilinmir və bu variantın nə qədər ağır xəstəliyə səbəb ola biləcəyi məlum deyil.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR