İnsanlara hürriyət, millətlərə istiqlal!

Borrel Azərbaycanı hansı ağılla ittiham edir?

3672 05.12.2023 23:30 Yazarlar A A

Avropa İttifaqında yüksək post tutan diplomat üçün “Dağlıq Qarabağ” , “münaqişə”, “150 min qaçqın”, “hərbi güc” mövzusu “həll edilməmiş” qalır; bunun adı əbləhlikdir, ağıldan kəmlikdir...

Son aylar Avropa Birliyinin Azərbaycanla bağlı qismən obyektiv mövqedən sapınıb, Ermənistana tərəf sürüşməsinin səbəbləri bəllidir. Qərb Ermənistana himayəsini göstərmək üçün İrəvanı sığallayır. Amma hərdən bu sığalı elə formada edir ki, bunun adını tapmaq çətinləşir. “Yaltaqlıqdır” desən, o deyil, çünki dünyada ermənilər özləri bu işin ustasıdır. “Niyyət regionda dışlanmış kimi görünən Ermənistanı ovundurmaqdır” desən, tam o da deyil. Çünki Ermənistanı ovundurmaqdan daha keçib, indi onların vəziyyətdən çıxmaq üçün doğru yol göstərilməyə ehtiyacı var.

Avropa İttifaqının müşahidəçiləri adı altında kəşfiyyatı zatən çoxdan Azərbaycan sərhədində ermənilərin təhlükəsizliyini gözətləyir. Avropa Birliyi Şarl Mişelin vasitəsilə simasını qorumağa çalışmışdı, amma maskaları gözlənildiyindən daha tez cılrıldı, ermənipərəst niyyətləri göründü.
Borrel Avropa İttifaqındakı qoca “qırğı”lardan biridir. Nə təsadüf ki, Borrel İspaniyada separatçı bölgədə-Kataloniyada doğulub. Yenə də nə təsadüf ki, Borrel ermənilərin saxta soyqırım günündə-24 apreldə bu işıqlı dünyaya gəlib. Üç il də anti-Azərbaycan mövqeyi ilə seçilən Avropa Parlamentinə sədrlik edib, 2019-cu ildən isə loru dildə Avropa İttifaqının “xarici işlər naziridir”, rəsmi olaraq isə vəzifəsi Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsidir. 

GettyImages-1194903383-2048x1365.jpg (258 KB)

Borrel Ukrayna müharibəsi ərəfəsi Rusiya ilə diplomatik danışıqlar üçün görəvləndirilmişdi. Onun diplomatik bacarığının “sıfır” səviyyəsində olduğunu şəxsən mən bu danışıqlarda iştirakında anladım. Bu adam Moskvaya gedib bir söz deyirdi, Brüsseldə başqa söz... Rusiya tezliklə onun nə “yuvanın quşu” olduğunu anladı, danışıqlarda onu görmək istəmədi. Borrel diplomatiyası heç bir işə yaramadı, iki ilə yaxındır müharibə davam edir, o isə yenə əvvəlki qeyri-ciddi ampluasındadır. Məncə, onu daha Avropa İttifaqının özü belə ciddi diplomat saymır, amma nə etsinlər, guya ondan sonra gələn necə olacaq ki?

Borrel ciddi diplomat olmadığını 25-ci Avropa İnsan Haqları Forumundakı çıxışı zamanı bir daha təsdiqlədi. Avropa İttifaqı rəsmisi həmin tədbirdə mövcud olmayan “Dağlıq Qarabağda” “etnik təmizləmə və yerli əhalinin məcburi deportasiyası məsələsindən” danışıb. Dünyada insan hüquqlarının qorunmasından danışan Borrel nədənsə, Avropada, elə qonşusu Fransada baş verənlərdən deyil, Azərbaycandan danışıb, deyib ki, “münaqişlərin həllində güc tətbiqi siyasəti qayıdır”. Sitata diqqət edək: “Məsələn, Azərbaycanda və Ermənistanda baş verənlərə baxın. Uzun müddət dondurulmuş və birdən-birə alovlanan münaqişədə bir həftə ərzində 150 min insan evlərini tərk edərək qaçmağa məcbur oldu. Beynəlxalq ictimaiyyət isə bundan təəssüfləndiyini və narahatlığını bildirib, humanitar yardım göndərib, lakin bu, güc tətbiqi ilə baş verib”. Borrel “müdrikcəsinə” onu da əlavə edib ki, “münaqişənin həll edildiyini söyləməzdi”. Yəni Borrel üçün “Dağlıq Qarabağ” , “münaqişə”, “150 min qaçqın”, “hərbi güc” mövzusu “həll edilməmiş” qalır. Kobud dildə bunun adı əbləhlikdir, ağıldan kəmlikdir. Yalnız əbləhlər və ağıldankəmlər fikirlərini dəyişməz, Qarabağdakı indiki vəziyyəti bu cür “qara rəngdə” qiymətləndirə bilər. Bizim üçün Borrelin konfransada dediyi bəlkə də o qədər də önəmli deyil, amma söhbət onun şəxsindən yox, tutduğu postdan gedir. Çünki bu strukturlar təkcə rəy vermirlər, həm də siyasi-iqtisadi qərar mərkəzlərinə təsir edə bilirlər. Ermənilərin son aylar bu istiqamətdə “uğurları” olduğunu demək mümkündür, baxmayaraq ki, həm Avropa Parlamentinin, həm ABŞ-ın qəbul etdiyi qərarlardan peşimançılıqları da var. 

1685622560.editor_0e6999e1aee206203d2bcf7d424116bc_7el3hv14jngrbqskx98a.jpg (262 KB)

Azərbaycan XİN-in Borrelə cavabı gecikməyib, onun dediklərini ölkəmizə qarşı açıq qərəz nümunəsi kimi qiytmətləndirib. “Aİ tərəfinə məlumdur ki, bu ərazidən gedən ermənilərin 15 000 nəfəri Ermənistan ordusunun heyəti idi. Bununla yanaşı, Ermənistan tərəfi ərazidən getmiş ermənilərin sayının 100 min nəfər qeyd edildiyi halda, Jozep Borrelin 150 min nəfərdən bəhs etməsi ciddi anlaşılmazlıq yaradır” deyə, bəyanatda bildirilir.
Yalanın böyük-kiçiyi olmaz, Borrel 50 min yox, 5 min “şişirtmə” etsəydi də, bu da ciddi fakt təhrifidir, bir dövlətə atılmış iftiradır. Amma Borell bunu deyəndə, məsuliyyət hiss etməyib. Çünki onun Azərbaycan haqda dediyi 3-5 cümlə hamısı yalandır, qərəzlidir. Ermənilər təccübləndirdi, bu bəyanatı erməni mənbələrindən tapa bilmədim, demək Borrelə o qədər də ciddi önəm verməyiblər. 

1017800387_0_172_3013_1874_2072x0_60_0_0_22948c77d6af4f5642c6b9bc9131719c.jpg (245 KB)

Qarabağdan köçdükdən sonra da ermənilərin yenə torpaqlarımızın işğal kimi xam xəyallar qurmaqları anlaşılandır, bu toplumun bizə düşmənçilikləri Azərbaycandan ayaqlarını kəsməklə bitəcəyini gözləmək sadəlövhlük olardı. Ermənilərin “Üçüncü Qarabağ savaşı” ona hesablanıb ki, Borrel kimilərinin yalanları ilə Azərbaycanı ən müxtəlif yollarla sarsıtsınlar. Birinci, hüquqi cəhətdən buna çalışırlar. Ermənistanın Azərbaycana qarşı hansısa hüquqi müstəvidə iş açmağa mənəvi haqqı yoxdur, 35 illik işğal, insanlarımıza vurduğu sağalmaz yaralar və torpaqlarımızın viran halı erməninin haqsızlığını sübut edən ən tutarlı fakrdır. Amma dünyanın çarxı indi elə tərsinə dövran edir ki, haqlı olsan da, sənin üzərinə gəlirlər, işğala məruz qalanı deyil, işğalçının tərəfini tuturlar. Erməni lobbisinin güclü əlaqələri hələ də var, “əlləri” hər yerə- ABŞ Konqresinə də, Avropa strukturlarındakı korrupsiyalaşmış məmurların cibinə də çatır.

Borrel partiyaçı olaraq sosialistdir. Sosialistlər isə o qədər də pulla meylli olmurlar, amma yalan danışmağı bacarırlar. Borrel bu yalanları ilə Ermənistanın “sosialist əməyi qərhəmanı” da ola bilər...

 

Nazim SABİROĞLU,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR