İnsanlara hürriyət, millətlərə istiqlal!

Boris Tadiç: "İtkin düşmüş şəxslərlə bağlı konfransa görə Azərbaycana minnətdarıq"

246 18.09.2023 13:36 Siyasət A A

“Biz Azərbaycan hökumətinə itkin düşmüş şəxslərlə bağlı konfrans keçirdiyinə görə minnətdarıq”.

"Report" xəbər verir ki, bunu Serbiyanın keçmiş prezidenti Boris Tadiç Bakıda keçirilən "İtkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması üçün milli və beynəlxalq səylərin artırılması" mövzusunda keçirilən beynəlxalq konfransda videobağlantı vasitəsilə çıxışı zamanı deyib.

"Belə bir konfransın keçirilməsinə görə Azərbaycan hökumətinə minnətdarlığımızı bildiririk. Mən də bu təşəbbüsü digər Balkan ölkələri ilə bölüşmək istərdim", - o bildirib.

“Müharibədən 20 il keçməsinə baxmayaraq, Serbiyada itkin düşmüş şəxslərin problemi hələ də aktualdır”,- B.Tadiç vurğulayıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR