İnsanlara hürriyət, millətlərə istiqlal!

Bolton: “Baydenin siyasəti yalnız Ukraynanın məğlubiyyətini ləngidir”

907 14.08.2023 11:35 Son xəbər A A

ABŞ prezidenti Co Bayden administrasiyasının Ukrayna ilə bağlı yürütdüyü siyasət yalnız Kiyevin məğlubiyyətini gecikdirir.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bu qiymətləndirməni ABŞ eks-prezidenti Donald Trampın milli təhlükəsizlik üzrə keçmiş köməkçisi Con Bolton “The Wall Street Journal”ın saytında dərc olunmuş müəllif məqaləsində verib.

Boltonun fikrincə, Rusiya qoşunlarının Ukraynanın hücum və uğurlu müdafiə hərəkətlərindəki uğursuzluqlarının səbəbi digər məsələlərlə yanaşı, Qərbin Kiyevə “ləng, qətiyyətsiz və qeyri-strateji hərbi yardımı”ndadır. Müəllifin qeyd edir ki, müəyyən silahların tədarükü ilə bağlı mübahisələr, eskalasiya qorxusu və Moskvanın yeritdiyi siyasət Qərb ölkələrinin rəhbərliyini “iflicedici ehtiyatlılıq” göstərməyə vadar edib, NATO isə Ukraynanın tam suverenliyi və ərazi bütövlüyünü bərpa etmək üzrə öhdəliklərə əməl etmək istəmədiyini nümayiş etdirir.

Bolton deyib: “Bu tərəddüd Amerikanın strateji zərurətindən deyil, Kremlin Qərbi uğurla qorxutması ilə bağlıdır. Onun fikrincə, ukraynalıların əhəmiyyətli irəliləyiş əldə edə bilməməsi ABŞ-ın yalnız Rusiyanın qələbəsini gecikdirməyə yönəlmiş strategiyasının təbii nəticəsidir. “Ukraynanın hücumunun dayanmasına görə Baydenin qətiyyətsizliyi ittiham olunmalıdır. Bu, Vaşinqtonun silah tədarükü və sanksiya təzyiqi məsələsində öz strategiyasına yenidən baxmalı olduğuna işarə olmalıdır”, - Bolton bildirib.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR