İnsanlara hürriyət, millətlərə istiqlal!

BMT: Polşanın yeni məhkəmə qanunu hakimlərin müstəqilliyinə hədədir

247 23.12.2019 00:56 Dünya A A

BMT-nin İnsan Haqları İdarəsi xəbərdarlıq edir ki, Polşada hakimlərin işdən çıxarılmasını asanlaşdıran yeni qanun ölkədə məhkəmələrin müstəqilliyinə xələl gətirir. Polşanın hakim Hüquq və Ədalət Partiyasının təklif etdiyi qanun cümə günü parlamentin aşağı palatası tərəfindən təsdiq olunub.

BMT rəsmiləri deyir ki, qanun hakimlərin toplaşma və ifadə azadlıqları kimi təməl hüquqlarını məhdudlaşdırmaqla onların müstəqilliyini də məhdudlaşdırır.

BMT-nin İnsan Haqları İdarəsinin sözçüsü Rupert Kolvil deyir ki, hakimlər siyasiləşdirilməməlidirlər və siyasəti məhkəməyə qarışdırmamalıdırlar. Lakin o Amerikanın Səsinə bildirib ki, buna baxmayaraq hakimlərin fikir sahibi olmalarına və istədikləri assosoasiyalarda üzv olmalarına icazə var. O qeyd edib ki, yeni qanun bunların qarşısını ciddi şəkildə alır.

Əlbəttə ki, bunun ümumilikdə ədliyyəyə böyük mənfi təsiri var. Qanun o qədər məhdudlaşdırıcıdır ki, hakimlərin vacib və gerçək hüquqi arqumentlər və müzakirələrə cəlb olunmaq istəklərinə təsir göstərə bilər.

Kolvil deyib ki, qanun həmçinin hakimlərin Avropa İttifaqı qanunu altındakı hüquqi öhdəkilərini yerinə yetirmələrinin hətta Aİ qanunu düzgün şəkildə tətbiq etmələrinin qarşını ala bilər. O bunun beynəlxalq insan haqları qanunlarına zidd olduğunu əlavə edib.

Polşa 2020-ci ildən etirabən 47 üzvlük BMT insan Haqları Şurasına iki il müddətinə üzv seçilib. Kolvil deyib ki, gələcək üz olaraq Polşanın beynəlxalq insan haqları qanunlarına tabe olmalıdır və dünya boyu insan haqları və fundamental azadlıqları dətəkləməlidir.

Yeni qanun Senata təqdim olunacaq, amma parlamentin yuxarı palatası qanunun qarşısını ala bilməz, yalnız onu ləngidə bilər./Amerikaninsesi.org/

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR