İnsanlara hürriyət, millətlərə istiqlal!

BMT-nin qarşısında təxribat - ermənilər azərbaycanlılara hücum etdi

1111 16.08.2023 23:41 Son xəbər A A

BMT-nin mənzil-qərargahı önündə dinc aksiya keçirən həmvətənlərimizə qarşı ermənilər təxribat törədiblər.

"Report"un ABŞ bürosu xəbər verir ki, bir neçə erməni əllərində plakatlar və bayraqlarla azərbaycanlılara hücum çəkiblər.

Onlar yoldan keçən maşınların qarşısını kəsib və həmvətənlərimizə təzyiq göstəriblər. Qarşıdurma davam edir. Bölgəyə Nyu-York polisinin əməkdaşları gəlib.

***

ABŞ-nin Nyu-York şəhərində yaşayan Azərbaycan icmasının fəalları BMT-nin mənzil-qərargahı önündə aksiya keçirirlər.

"Report"un ABŞ bürosu xəbər verir ki, aksiya Ermənistanın guya Azərbaycanın Laçın yolunu bağlamaqla "humanitar böhran" yaratdığına dair iddialarına etiraz məqsədi ilə baş tutub.

Əllərində Azərbaycan bayraqları və plakatlarla əraziyə gələn aksiya iştirakçıları BMT Təhlükəsizlik Şurasından ədalət tələb edirlər.

Qeyd edək ki, BMT Təhlükəsizlik Şurası Ermənistanın müraciəti ilə Laçın yolunu müzakirə etmək üçün təcili iclas keçirir.

Sessiyada Azərbaycanı ölkənin BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev təmsil edəcək.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR