İnsanlara hürriyət, millətlərə istiqlal!

“Bizimlə savaşın intihar olduğunu anlayacaqlar” – İranla ABŞ arasında gərginlik artır

1222 16.02.2019 13:04 Dünya A A

“Bu savaşda ağılın qalib gələcəyini və İranla savaşın bir intihar olduğunu anlayacaqlar”.

Musavat.com xəbər verir ki, bu sözləri İranın xarici işlər naziri Cavad Zərif Almaniyada keçirilən Münhen Təhlükəsizlik konfransında jurnalistlərə deyib.

Cavad Zərif ABŞ administrasiyasındakı bəzi şəxslərin İrana qarşı"patoloji təhdid" olduğunu söyləyib. O, daha sonra birbaşa olaraq Donald Trampı işarə etmədiyini deyib. C.Zərif qeyd edib ki, Trampın əhatəsindəki bəzi qruplar ondan xəbərsiz başqa üsullarla işləyirlər.

Картинки по запросу cavad zərif

Cavad Zərif son olaraq bunları qeyd edib: “Bu savaşda ağılın qalib gələcəyini və İranla savaşın bir intihar olduğunu anlayacaqlar”.

Daha sonra Cavad Zərif Türkiyə, Rusiya və İranın birlikdə Suriyanın bir çox nöqtəsində savaşın durdurulmasına nail olduqlarını qeyd edib. O, Soçidə Suriya ilə bağlı alınan qərarların beynəlxalq ictimaiyyətdən də dəstək görməsinin vacib olduğunu vurğulayıb.

Turan Oruc
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR