İnsanlara hürriyət, millətlərə istiqlal!

Biz də Makronu bəlkə belə təqdim edək? SKANDAL

837 27.07.2024 21:17 Dünya A A

BOK Azərbaycan idmançılarının Fransada təhlükəsizliyini öz nəzarətinə götürməlidir, çünki təşkilatçı ölkənin rəsmi telekanalı onları erməni terrorçu qruplarının açıq hədəfinə çıxarıb

Paris Yay Olimpiya Oyunlarında Azərbaycana qarşı təxribat gözlənilən idi. Amma bunu məhz açılış mərasimində ölkənin rəsmi telekanalı olan “France 2”nin canlı yayımında edilməsi bu ölkə rəhbərliyinin Azərbaycana aşırı qərəzini göstərdir. “France-2” ictimai kanalıdır, “France 3”, “France 4”, “France 5” və “France İnfo” ilə birlikdə dövlətə məxsus “France Televisions Group”un bir hissəsidir.

scale_1200-1.png (808 KB)

“France 2”nin əməkdaşları əlbəttə ki, Ermənistana, ermənilərə rəğbət bəsləməkdə azaddırlar, Azərbaycana da nifrət də edə bilərlər. Amma bunu məhz dünyanın bir nömrəli idman tədbirinin açılışında etmələri düşünülmüş, əvvəlcədən planlaşdırılmış təxribat kimi qiymətləndirilməlidir.

İnanmaq olmur ki, aparıcılar məhz bizim idmançıların keçidi olanda şəxsi emosiyalarını saxlaya bilməyiblər, olimpiyadanın qızıl prinsiplərindən biri olan tərəfsizliyi pozublar. (Olimpiya Xartiyasında qeyd edilir ki, Olimpiya hərəkatının məqsədi insan ləyaqətinin qorunmasına xidmət edən dinc cəmiyyəti təşviq etməkdir). Əgər belədirsə, onlar barədə dərhal ölçü götürülməli, kanal rəhbərliyi isə araşdırmalara qədər vəzifələrindən uzaqlaşdırılmalıdır.

480b3485605299e8b3d38fb1a010ee7a (1).jpg (239 KB)

Bu cür tədbirlərin aparıcılığı təcrübəli spikerlərə tapşırılır, o səbəbdən yanlış jurnalist seçimi edilməsi istisnadır. Təşkilatçı ölkə və Beynəlxalq Olimpiya Komitəsi(BOK) ölkəmizdən və idmançılarımızdan üzr istəməlidir. Həm də bu araşdırmanı sonrakı günlərdə yox, ləngitmədən etməlidirlər. BOK idmançılarımızın təhlükəsizliyini öz nəzarətinə götürməlidir, çünki təşkilatçı ölkənin rəsmi telekanalı onları erməni terrorçu qruplarının açıq hədəfinə çıxarıb. O da məlum faktdır ki, Qarabağdan köçüb gedən ermənilərdən Fransanda da məskunlaşanlar çoxdur. Bu səbəbdən də idmançılarımızın həm məskunlaşdığı olimpiya kəndində, həm yarış zallarında təhlükəsizliyinin təşkilinə diqqət artırılmalıdır. Fransada idmançılara qarşı artıq cinayət törədilməsi faktları var.

Azərbaycanın idmançılarını geri çağırması çox sərt addım olardı, düşmənlər sevinər, BOK isə bunu siyasiləşdirərək sanksiyalar da tətbiq edə bilər. Ona görə rəsmi Bakı Fransa telekanalının bu təxribatına emosiyalardankənar münasibət bildirməli, Parisin Azərbaycana qarşı qərəzinin ifşasına fokuslanmalıdır.

796x448 (1).jpg (152 KB)

Parisin seçiminə qalsaydı, Makron hökuməti yəqin ki, bayrağımızın və idmançılarımızın Fransaya gəlməsini istəməzdi. Amma bunu edə bilməzdilər, o səbəbdən kinlərini açılış mərasimində Azərbaycanı ittiham etməklə göstərdilər. Erməni komandasının keçidi zamanı telekanalın aparıcılarından biri “Ermənistan, bizim erməni dostlarımız, tarixən fransızların ürəyinə yaxın bir ölkə” deyib. “Azərbaycan. Bizim ürəyimizi yandıran, ölkəmizin müstəmləkə siyasətinin ifşa edən ölkə...” deyə bilməzdilər, ona görə Qarabağdakı qondarma rejimin tarixdən silinməsi ilə bağlı təxribatçı fikirlər səsləndiriblər, idmançılarımızın keçidi zamanı “Ermənistanla ərazi münaqişəsində olan Qafqaz respublikası” kimi təqdim ediblər.

Azərbaycanın Fransanın kolonial və neokolonial siyasətinin ifşası istiqmətində səyləri dünyada əks-səda doğurub, Parisi isə bərk qəzəbləndirib. Ona görə Ermənistanı silahlandırırlar, Paşinyanın o qədər də ayıq olmayan başını “sülh sazişini imzalama” kimi təxribatçı fikirlərlə doldururlar.

j3bh810bht4t0hk1v30pmcsfu3t9qndf.jpg (202 KB)

Açılş mərasiminə baxmadım, bəlkə də həm də Fransaya, Makrona yaranmış antipatiya səbəbindən cəlb etmədi. Adətən, bu cür açılışlar gözəl bir tamaşa olur. Amma təşkilatçı ölkə bu dəfə də “fərqlənib”, dünya açılışdakı biabırçılqlardan danışır. Açılış mərasimində Leonardo da Vinçinin “Son şam yeməyi” əsərini parodiyası xüsusilə etirazlara səbəb olub. Din xadimlərinin şəkillərinin draq-şou elementləri ilə birlikdə istifadəsi təşkilatçılara qarşı hiddət dalğasına səbəb olub, bu səhnələri dinə və mədəni dəyərlərə hörmətsizliyin təzahürü kimi pisləyiblər, bunu küfr adlandırıblar.

...Bu, Makronun son tamaşasıdır. İki prezidentlik müddətini doldurandan sonra Makron bir daha bu cür yarışlarda ev sahibi kimi iştirak edə bilməyəcək. Açılş mərasimindəki fiaskolar Fransa prezidentinin siyasətinə tam uyğundur, necə siyasətçidir, ölkəsi də açılışı elə etdi. Amma transgeydərlərə açılış mərasimdində yer verilməsi Makrona qarşı təxribat hesab oluna bilər. Çünki Makronun xanımının- Brijit Trognierin (evlənməmişdən əvvəlki soyadı) heç vaxt mövcud olmadığını, cinsiyyətini dəyişərək bu adı qəbul etdiyi haqda öz ölkələrində çoxsaylı iddialar var.

son abzas.jpg (107 KB)

Fransada iki jurnalist Brijit Makronun əslində cinsiyyətini dəyişmiş kişi olması ilə bağlı məlumatları dərc etdikləri üçün məhkəməyə verilib. Məhkəmə ötən ay başlayıb, prosesdə nə 46 yaşlı prezident, nə də 71 yaşlı xanımı özü iştirak edir, son qərar barədə də hələ ki, məlumat yoxdur...

Screenshot_2-7.jpg (245 KB)

Deməyim odur ki, açılış mərasimindəki transgeyderlər “dəlinin yadına daş salmaq” kimidir. Ölkəmizə qarşı bu cür təxribatın arxasında məhz Makronun cılız siyasəti dayanırsa, biz də(media) məcbur ola bilərik ki, ölkəmizi “Ermənistanla ərazi münaqişəsində olan Qafqaz respublikası” kimi təqdim edənlərin acığına biz də prezidentlərini “arvadı trasgeyder olduğu iddia edilən Makron” kimi təqdim edək...

Nazim SABİROĞLU,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR