İnsanlara hürriyət, millətlərə istiqlal!

Bəzi məhsulların Azərbaycana idxalı qadağan ediləcək - VİDEO

863 27.11.2023 18:14 Son xəbər A A

İstehsalçısı təsdiqlənməyən xarici qida məhsullarının Azərbaycana idxalı qadağan ediləcək.

Musavat.com Xəzər TV-yə istinadən bildirir ki, Qida Təhlükəsizliyi Agentliyi bununla bağlı sahibkarlara xəbərdarlıq edib. Qurumdan bildirilib ki, bəzi qida və yem məhsulları xüsusi risk qrupuna daxildir. Bu səbəbdən də onların ölkəyə idxalı zamanı təsdiq mütləqdir. Lakin məhsulları gətirən şirkətlərlə keçirilən görüşlər və dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, Agentliyə bəzi ölkələrin istehsalçılarından təsdiqlə bağlı hələ də müraciətlər daxil olmayıb.

Qurumun mətbuat katibi İlkin Kərimov bildirib ki, qadağa gələn il yanvarın 1-dən qüvvəyə minəcək. O, sözügedən kateqoriyaya aid edilən məhsulları da açıqlayıb.

Sahibkarlar qanunvericiliyin tələbləri ilə Qida Təhlükəsizliyi Agentliyinin veb-saytı və sosial media səhifələrində tanış ola bilərlər. Sual yarandığı təqdirdə də "1003-Çağrı Mərkəzi" ilə əlaqə saxlamaq mümkündür.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR