İnsanlara hürriyət, millətlərə istiqlal!

Bəzi dostlar İran əməliyyatının məqsədini dəyişməyə çalışdılar – Vensdən gözlənilməz açıqlama

672 26.06.2026 08:31 Siyasət A A

ABŞ prezidenti Donald Trampın yaxın çevrəsindəki bəzi insanlar Vaşinqtonun İrana qarşı hərbi əməliyyatının məqsədlərini genişləndirməməsindən narazı idilər.

Musavat.com xəbər verir ki, bunu ABŞ vitse-prezidenti J.D.Vens Kaliforniyanın Yorba Linda şəhərindəki Riçard Nikson Kitabxanasında çıxıında Tehranla anlaşma memorandumunun həyata keçirilməsi ilə bağlı Bürgenstok danışıqlarını şərh edərkən deyib: "Hətta bəzi dostları bizi tənqid ediblər, çünki Donald Trampın əvvəlcədən müəyyən etdiyi missiyanı dəyişdirmək üçün davamlı cəhdləri alınmadı. O dedi: "Mən onların ənənəvi silahlarını aradan qaldırmaq istəyirəm, mən onları güc nümayiş etdirmək qabiliyyətindən məhrum etmək istəyirəm, mən onların heç vaxt nüvə silahına sahib olmamalarını təmin etmək istəyirəm". Lakin bəziləri deməyə çalışıblar: "Bütün bunlar yaxşıdır, amma sizin fərqli bir məqsədiniz olmalıdır". Düşünürəm ki, prezidentin uğur qazanmasının səbəbi bu impulslara boyun əyməməsidir”.

Vens İranla işin hələ bitmədiyini qeyd edib: "İş hələ bitməyib, amma indiyə qədər çox yaxşıdır".

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR