İnsanlara hürriyət, millətlərə istiqlal!

BƏYBALA ƏBİL İLHAM ƏLİYEVƏ MÜRACİƏT ETDİ

1588 26.10.2010 09:36 Ölkə A A
“Cənab prezident, mən siyasi adamam və bu səbəbdən seçkilərdə iştirak etmək istəyirəm. Lakin 20 ildir mənə seçkidə iştirak etməyə imkan verilmir. 1995 və 2005-ci il parlament seçkilərində Qaradağ hakimiyyət orqanlarının böhtanı ilə seçkilərdən uzaqlaşdırılmışam. 2005-ci il seçkilərinə görə Avropa İnsan Haqları Məhkəməsinə müraciət etmişəm.
Bu il də həmin hadisələr təkrarlanır. 04.10.2010-10.10.2010 tarixlərində yerli hakimiyyət orqanları mənim adımdan təşviqat materialları yayaraq məni seçkidən uzaqlaşdırmağa nail olublar. Bu müddətdə seçki komissiyalarına və dövlət orqanlarına 17 dəfə müraciət etmişəm. Polis bölmələrinə, DSK-ya, MSK-ya, Respublika Prokurorluğuna, MTN-ə etdiyim şikayətlər heç bir nəticə vermir. Baş verənlərlə bağlı 16 oktyabrda Sizə müraciət etmişəm. Həmin müraciətlə bağlı Prezident Administirasiyasından heç bir məlumat ala bilmirəm. Əslində 2005-ci seçkiləri ilə bağlı sizə etdiyim müraciətlərimə də hələ cavab ala bilməmişəm. Bu gün növbəti müraciətimi edirəm. Doğrudanmı şikayətlərimiz sizə çatmır və ətrafınız seçkidə baş verən biabırçılıqları sizdən gizləyə bilir? Əgər aidiyyəti olan bütün orqanlara və sizə olan müraciətlərimiz cavabsız qalırsa onda vətəndaş olaraq nə etməliyik? Haqqımızı ölkədən xaricdə axtarmaq zorunda qalmırıqmı?”
B.Əbil ölkə başçısından 20 ildir seçki haqqının pozulmasının qarşısının alınmasını xahiş edir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR