İnsanlara hürriyət, millətlərə istiqlal!

Bəstəkarlar İttifaqının katibi: “Bu gün bütün türk dünyası üçün bayramdır”

691 18.09.2019 17:11 Mədəniyyət A A

“Bu gün Üzeyir Hacıbəyovun doğum günü, Milli Musiqi Günü qeyd olunur. Bu gün həm də təkcə Azərbaycan üçün deyil, bütün türk dünyası üçün böyük bayramdır”. 

Bu sözləri Bəstəkarlar İttifaqının katibi, tanınmış musiqişünas Zemfira Qafarova Milli Musiqi Günü ilə bağlı müsavat.com-a açıqlamasında bildirib. 

Musiqişünas Üzeyir Hacıbəyovun  təkcə bəstəkar kimi deyil, həm də publisist, jurnalist, mütəfəkkir kimi Azərbaycan tarixinə düşdüyünü qeyd edib: “Xatırladım ki, bundan əvvəl maestro Niyazinin təşəbbüsü ilə hər sentyabrın 18-də “Üzeyir Hacıbəyov günü” keçirilirdi. 1995-ci ildən artıq isə mərhum prezident Heydər Əliyevin sərəncamı ilə Milli Musiqi Günü kimi qeyd olunmağa başladı. Bu münasibət ilə hər il çox möhtəşəm festival keçirilir. Festivalda dahi Üzeyir bəyin və dünya bəstəkarlarının əsərləri səsləndirilir. 

Elə bir musiqiçi yoxdur ki, Üzeyir Hacıbəyovun adını eşitməsin, onun haqqında bilməsin. Onun “Arşın mal alan” əsəri Azərbaycanı bütün dünyaya tanıtdı,  müxtəlif dillərə tərcümə olundu. Müasir gənc musiqiçilərin hamısı onun əsərlərinə mütləq şəkildə müraciət edir. Üzeyir bəy həm də mütəfəkkir, publisist, jurnalist kimi Azərbaycan tarixində xidmətləri olub. Bu mənada Üzeyir bəy əsl dahidir”. 

Zemfira Qafarova bu gün həm də bəstəkar Müslüm Maqomayevin də doğum günü olduğunu xatırlatdı: “18 sentyabr həm də digər böyük bəstəkarımız Müslüm Maqomayevin də doğum günüdür. Məlum olduğu kimi onlar eyni ildə, eyni ayda və eyni gündə dünyaya gəliblər. Hər iki şəxsiyyət musiqi mədəniyyətimizə musiqi böyük tövhələr verib, ictimai həyatda xidmətləri olub”.   

Xalidə Gəray,
Musavat.com,
Foto Elçin Əkbərovundur.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR