İnsanlara hürriyət, millətlərə istiqlal!

Bərdədə məcburi köçkünlərin yaşadığı evdə yanğın olub, xəsarət alan var

422 25.07.2019 14:12 Ölkə A A

Bərdə rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yanğın hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyindən "Report"a verilən məlumata görə, hadisə rayonun Qırmızı Samux qəsəbəsində baş verib.

Belə ki, ümumi sahəsi 270 m² olan tikilinin (məcburi köçkünlər məskunlaşıb) dam örtüyünün yanar konstruksiyaları 50 m² sahədə və ümumi sahəsi 70 m² olan evin mətbəxinın tavanı və içərisindəki əşyalar 12 m² sahədə yanıb.

Yanğın zamanı 1 nəfər xəsarət alıb.

Tikilinin və evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR