İnsanlara hürriyət, millətlərə istiqlal!

Beqlaryan: “Qarabağ əldən çıxıb, Ermənistan hakimiyyəti niyə matəm elan etməyib?  

991 23.10.2023 15:01 Siyasət A A

“Niyə Ermənistan hökuməti hələ də son hadisələrdən (Azərbaycanın Qarabağ torpaqlarını tam azad etməsi-red.) və yanacaq anbarının partlaması qurbanlarının xatirəsinə ehtiram olaraq matəm elan etməyib və ya heç olmasa belə bir niyyətini bəlli etməyib?”

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Qarabağda separatçı və oyuncaq rejimin qondarma “dövlət naziri” Artak Beqlaryan öz Facebook səhifəsində yazıb.

“500-ə yaxın insanın öldüyü (benzin çəninin partlamasını nəzərdə tutur-red.) bu böyük faciə, üstəlik, Qarabağın itirilməsi ümumxalq və milli matəm üçün səbəb deyil? Həyatımızda nə qədər aktual matəm olsa da, bu cür simvolik dövlət hadisələri və onların olmaması hakimiyyətin hadisələrə ideoloji münasibətini nümayiş etdirir. Müqayisə üçün qeyd edim ki, 2022-ci ilin avqustunda Sürməli ticarət mərkəzində baş vermiş partlayışda həlak olanlar üçün iki günlük matəm elan edilmişdi”, - deyə Beqlaryan Paşinyan hakimiyyətini bu sözlərlə tənqid edərək, onu Qarabağ ermənilərinə ögey münasibətdə suçlayıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR