İnsanlara hürriyət, millətlərə istiqlal!

Bələdiyyə sədrinin qardaşı lotereyada BÖYÜK MƏBLƏĞDƏ PUL UDDU

2051 20.07.2026 16:37 Dünya A A

ABŞ-ın Arkanzas ştatında yerləşən North Little Rock şəhərinin meri Terri Hartvikin qardaşı ölkə tarixinin ən böyük lotereya uduşlarından birinin sahibi olub. 2025-ci ilin dekabrında keçirilən Powerball tirajında qalib gələn şəxsin Treysi L. Hartvik olduğu rəsmi şəkildə açıqlanıb.

Musavat.com xarici mediaya istinadən xəbər verir ki, məlumata görə, 24 dekabr 2025-ci il tarixində – Milad ərəfəsində keçirilən tirajda ümumi məbləği 1,817 milyard dollar olan cekpotu qazanan bilet yalnız bir nəfərə məxsus olub. ABŞ qanunvericiliyinə əsasən, 500 min dollardan çox məbləğ qazanan şəxslərin məlumatları müəyyən müddətdən sonra ictimaiyyətə açıqlanır. Qalib seçilmiş dövlət rəsmisinin yaxın qohumu olduğu üçün məlumatın açıqlanması altı ay təxirə salınıb.

Qalib biletin Arkanzas ştatının Kabot şəhərində yerləşən yanacaqdoldurma məntəqəsindən alındığı bildirilib. Bu uduş ştat tarixində ən böyük Powerball mükafatlarından biri hesab olunur.

Treysi Hartvik mükafatı uzun illər ərzində hissə-hissə almaq əvəzinə birdəfəlik nağd ödəniş variantını seçib. Nəticədə ona vergi və digər tutulmalar tətbiq edilməzdən əvvəl 834 milyon 942 min 287 ABŞ dolları məbləğində ödəniş edilib.

Bildirilir ki, bu məbləğin 94 faizi birbaşa Treysi Hartvikə çatıb. Mükafatın qalan 6 faizi isə hələlik adları açıqlanmayan daha iki nəfər arasında bərabər bölünüb.

Qeyd edək ki, 1,817 milyard dollarlıq Powerball cekpotu ABŞ tarixində ikinci ən böyük lotereya uduşu hesab edilir. Rekord isə 2022-ci ildə Kaliforniya ştatında qazanılmış 2,04 milyard dollarlıq Powerball mükafatına məxsusdur.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR