İnsanlara hürriyət, millətlərə istiqlal!

Belaruslu futbolçular Rusiyada legioner sayılmayacaqlar

455 16.02.2019 07:50 İdman A A

2019-2020-ci il mövsümündən belaruslu futbolçular Rusiyada legioner sayılmayacaqlar.

"Report"un məlumatına görə, bu barədə Rusiyanın idman naziri Pavel Kolobkov iki ölkənin prezidentləri Vladimir Putinlə Aleksandr Lukaşenko arasındakı görüşdə bildirib.

O, deyib ki, Rusiya və Belarus vətəndaşlarının bərabər hüquqlarının təmin olunmaları baxımından iki ölkənin qanunvericiliyinin bir-birinə yaxınlaşdırılması çox vacib istiqamətdir: "Ötən il biz komanda idman növləri üzrə bir sıra sərəncamlar üzərində fəal işlədik və təsdiqlədik. İndi Belarus idmançıları rusiyalılar kimi hüquqlardan yararlanırlar və onlara yarışlarda iştirak məhdudiyyəti şamil olunmayacaq. İndi futbol üzrə son sərəncam təsdiqlənəcək və o, Rusiya Futbol İttifaqının əsasnaməsinə daxil ediləcək".

Qeyd edək ki, bir neçə il əvvəl Rusiyada postsovet respublikalarından olan futbolçuların legioner sayılmalarına dair qərar qəbul olunub. Bu səbəbdən, qonşu ölkədə çıxış edən əslən azərbaycanlı oyunçular Azərbaycan millisinin təklifini qəbul etməkdən ehtiyatlanırlar. Çünki onlar avtomatik legioner hesab edilərək, klubların heyətlərinə düşməkdə çətinliklə üzləşə bilərlər.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR