İnsanlara hürriyət, millətlərə istiqlal!

Belarusda müxalifətin Koordinasiya şurasına qarşı cinayət işi başladıldı

580 20.08.2020 17:11 Dünya A A

Belarus Baş prokurorluğu ölkə müxalifətinə qarşı Cinayət məcəlləsinin 361-ci maddəsi (Belarus Respublikasının milli təhlükəsizliyinə xələl gətirən hərəkətlərə çağırış) üzrə cinayət işi açıb.

Musavat.com  xəbər verir ki, bu barədə ölkənin baş prokuroru Aleksandr Konyuk məlumat verib.

A.Konyuk müxalifət tərəfindən hakimiyyətin dinc şəkildə ötürülməsi məqsədilə Koordinasiya şurasının yaradılmasını dövlət çevrilişinə cəhd olaraq dəyərləndirib. Adətən bununla bağlı istintaq tədbirləri Dövlət Təhlükəsizlik Komitəsi tərəfindən icra edilir.

Baş prokuror müxalifətçi qurumun bəzi üzvlərinin “öz hərəkətlərinin qeyri-qanuniliyini anlayaraq” Şuranı tərk etdiklərini söyləyib. Koordinasiya şurasının liderlərindən Maksim Znak bunu təsdiqləsə də, kütləvi xarakter almadığını bildirib.

Belarus müxalifətinin Koordinasiya şurası bu il avqustun  9-da keçirilən prezident seçkilərindən sonra qurulub. Şura üzvləri əsas məqsədlərinin hakimiyyətin zorla ələ keçirilməsindən, habelə ölkənin konstitusion quruluşu və xarici siyasi kursunun dəyişdirilməsindən ibarət olmadığını bəyan ediblər.

Son prezident seçkilərinin nəticələrini tanımayan Şuranın tərkibinə prezident seçkilərində müxalifətin əsas namizədi olmuş Svetlana Tixanovskaya, Nobel mükafatı laureatı, yazıçı Svetlana Aleksiyeviç, hüquq müdafiəçisi “Vesna” təşkilatının rəhbəri Ales Belyatski, rəssam Vladimir Tsesler, iqtisadçı Sergey Çalıy kimi Belarusun tanınmış ictimai xadimləri daxildir.

Musavat.com



 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR