İnsanlara hürriyət, millətlərə istiqlal!

Bəhreyn: "İran bizim üçün Fələstin-İsrail münaqişəsindən də təhlükəlidir"

764 15.02.2019 10:51 Son xəbər A A

“İran Yaxın Şərqdəki təhlükəsizliyə Fələstin-İsrail münaqişəsindən də böyük təhdid törədir”.

Musavat.com xarici agentliklərə istinadən bildirir ki, bu barədə Bəhreynin xarici işlər naziri Xalid Əl-Xəlifə Polşanın paytaxtı Varşavada keçirilən Yaxın Şərq üzrə konfransda bəyan edib.

Behreynli nazirin çıxışı İsrail baş nazirinin ofisi tərəfindən yayılıb.

Həmin videoda Xalid Əl-Xəlifə auditoriyaya uşaqlıqdan Fələstin-İsrail münaqişəsinin bölgədə ən böyük problem olduğu fikri ilə böyüdüyünü bildirir.

Lakin onun sözlərinə görə, artıq indi onlar müasir tarixin “ən zəhərli müşkülü” ilə tanış olublar. Bu da İran İslam Respublikasının törətdiyi problemlərdir.

Qeyd olunur ki, konfransda İsrial baş naziri Benyamin Netanyahu və ABŞ vitse-prezidenti Maykl Pens də iştirak ediblər.

Onların hər iksi Şərq və Qərbi rəsmi Tehrana qarşı birlikdə mübarizəyə səsləyiblər.

Maykl Pens hətta bunun üçün İncil və Tövratdan sitatlar da gətirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR