İnsanlara hürriyət, millətlərə istiqlal!

"Baydenin ətrafı onun səhhəti ilə bağlı həqiqəti gizlədib" - İDDİA

482 23.07.2024 14:05 Ölkə A A

ABŞ prezidenti Cozef Baydenin ətrafı, o cümlədən vitse-prezident Kamala Harris onun zehni qabiliyyətlərinin pisləşməsi ilə bağlı məlumatları prezidentliyi boyunca ictimaiyyətdən gizlədib.

Musavat.com xəbər verir ki, bu fikri Respublikaçılar Partiyasından olan ABŞ senatoru Rik Skott (Floridadan) Baydeni istefaya çağırıb.

“Dörd il ərzində Co Baydenə yaxın adamlar, o cümlədən vitse-prezident Kamala Harris onun prezident olmağa yararsız olduğunu bilirdilər və hakimiyyətini saxlamaq üçün Amerika xalqına yalan danışırdılar”, - o, “The American Conservative” jurnalına deyib.

Siyasətçinin sözlərinə görə, buna görə ABŞ Baydenin prezidentliyi dövründə artan inflyasiya və ölkənin cənub sərhədində qeyri-qanuni miqrasiya problemi də daxil olmaqla böyük ziyana məruz qalıb. Nəşrin yazdığına görə, respublikaçılar Baydenin ətrafının Ağ Evin keçmiş sakini Donald Trampla iyunda baş vermiş fəlakətli debatdan əvvəl dövlət başçısının psixi sağlamlığının pisləşməsi ilə bağlı məlumatı açıqlamaması ilə bağlı suallar da qaldırırlar.

"Əgər Co Bayden yenidən seçilmək üçün yarışda iştirak edə bilməyəcəksə, o, növbəti altı ay ərzində (ABŞ-ın yeni prezidenti vəzifəyə başlayana qədər) prezident vəzifəsini icra edə bilməz və bu gün istefa verməlidir", - Skott əlavə edib. Nəşrin yazdığına görə, respublikaçı konqresmenlərin çoxu onunla razılaşır.

Öz növbəsində, senator Tommi Tabervil deyib ki, Bayden əqli cəhətdən heç vaxt prezident olmaq üçün kifayət qədər sağlam olmayıb. "Demokratlar və media Co Baydenin ciddi koqnitiv problemləri olduğunu bilirdilər və bacardıqları qədər ondan özlərinin kuklası kimi istifadə edirdilər", - senator bildirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR