İnsanlara hürriyət, millətlərə istiqlal!

Bayden Ukraynaya vaxt qoyub? - “İlin sonunadək...”

975 28.07.2023 11:19 Siyasət A A

“Qərb Kiyevə ilin sonuna qədər vaxt verib. Ukrayna o vaxta qədər nə qazansa, ona məxsusdur, geri qalanlar isə danışıqlar masasında müzakirə olunacaq”.

Bu sensaiyalı sözləri tanınmış ukraynalı jurnalist Dmitri Qordon “Qordon” internet nəşrinin baş redaktoru Ales Batsmana müsahibəsində deyib.

“Mən xoşagəlməz sözlər deyəcəyəm, Qərb Ukraynaya deyir: sizin ilin sonuna qədər bütün məsələləri həll etmək imkanınız var. Bacardığınız qədər ərazini geri alın, bunun üçün sizə hər şeyi veririk: indi ATACMS və "F-16" verəcəyik, nüvə silahından başqa hər şeyi tədarük edəcəyik. İlin sonunadək geri aldığınız hər şey sizindir, ala bilmədikləriniz danışıqlar masasında olacaq. Bu, Petr Pavelin (Çexiya prezidenti - red.) dediyidir, bunu qeyri-rəsmi formada bildirirlər. Bunu mənə danışıqlarda iştirak edənlər deyir”, - o bildirib.

Belə bir iddia nə dərəcədə əsaslıdır, olmaya Qərb Rusiya-Ukrayna müharibəsindən yorulub?  

Qeyd edək Ukrayna ordusunun genişmiqyaslı əks-hücumu hələ tam ölçüdə özünü göstərməyib. Ancaq nikbin proqnozlar çoxdur. Gələn il isə (noyabr) ABŞ-da növbəti prezident seçkiləri keçiriləcək. Hazırkı prezident Co Bayden ikinci müddətə namizədliyini verəcəyini elan edib.

“Ukraynaya vaxt” məsələsi bu amillə nə dərəcədə ilgili ola bilər?

Qazilər haqlarını qanun çərçivəsində tələb etməlidirlər" - Hərbi ekspert

Ramil Məmmədli

Hərbi ekspert Ramil Məmmədli “Yeni Müsavat”a deyib ki, Dmitri Qordon Ukrayna millətçisidir və Ukrayna hakimiyyətinin deyə bilmədiyi fikirləri açıqlayır: “Bu informasiyanın yayılması da Ukrayna dövlət strukturlarının Qordon vasitəsilə Ukrayna ictimaiyyətinə, dünyaya çatdırmaq istədiyi informasiyadır. Təbii ki, Ukrayna dövlət administrasiyası bu informasiyanı ictimailəşdirə bilməz”.

Hərbi ekspert deyib ki, bu gün Ukrayna məsələsi ilə bağlı Rusiya və ABŞ arasında gizli danışıqlar gedir: “Ukraynanın hərbi-texniki imkanları məsələsinə gəldikdə, sürətli tədbirlər görmək mümkündür. Amerika öz istifadəsində olan təyyarələri Ukraynaya verir və həmin təyyarələr müharibədə istifadə olunur. Məgər bu texnikalar bütün cəbhə boyu dönüş yarada bilərmi? Bu prosesdə yüksək hazırlıqlı döyüşçülər, peşəkar hərbçilər iştirak etmirsə, Ukrayna hara kimi davam edə bilər? Tutaq ki, Ukraynaya taktik raketlər və döyüş təyyarələri verildi. Əks-hücum 1400-1500 kilometr təmas xətti boyunca başlamalıdır. Ukraynanın bu qədər geniş ərazidə hucuma keçmək üçün resursları, sadəcə, yoxdur”.

Hərbi ekspertə görə, bu ilin sonuna kimi hərbi əməliyyatlar bitsə və atəşkəs imzalansa, Qərbin, ABŞ-ın  öz müttəfiqlərinə qarşı növbəti xəyanəti kimi dəyərləndiriləcək: “Misirdə, Liviyada, İraqda ABŞ-la əməkdaşlıq edilirdi və tərəfdaş idilər. Lakin ABŞ bu dövlətlərin acınacaqlı duruma düşməsinə yol açdı. İndi isə Ukraynaya qarşı eyni mövqe görünməkdədir və bu, siyasi baxımdan olduqca nalayiq bir addım kimi dəyərləndirilməlidir. Çünki Ukraynanı Rusiya ilə qarşıdurmaya sürükləyən, Ukraynadakı millətçiliyi tətikləyən ABŞ və onun Qərbdəki tərəfdaşları olublar. İndi isə Ukraynanı yavaş-yavaş tərk etməyə hazırlaşdıqlarını büruzə verməyə başlayıblar”.

Ancaq son sözü təbii ki, nə Bayden, nə də Zelenski, Ukrayna xalqı deyəcək...

E.MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR