İnsanlara hürriyət, millətlərə istiqlal!

Bayden Missuri ştatındakı kütləvi atışma ilə bağlı xalqa müraciət edib

610 15.02.2024 11:05 Dünya A A

ABŞ-da 2024-cü ilin əvvəlindən baş verən kütləvi atışmaların sayı o vaxtdan bu yana keçən günlərin sayını keçib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bunu Ağ Evin rəsmi saytında əhaliyə müraciəti dərc olunan ölkə prezidenti Co Bayden deyib.

Belə ki, o, fevralın 14-də atışma nəticəsində onlarla insanın yaralandığı Missuri ştatında baş vermiş faciəni şərh edib. Dövlət başçısı baş verənlərin “Amerikanın ruhunu dərindən yaraladığını” vurğulayıb.

Eyni zamanda, Bayden ABŞ Konqresində çıxış edərək, ölkədə hücum silahlarına qadağa qoyulmasına və potensial alıcıların yoxlanılmasının sərtləşdirilməsinə çağırıb. Ağ Ev sahibinin fikrincə, Birləşmiş Ştatlar insanların gündəlik işləri ilə məşğul ola biləcəyi və mümkün “silah zorakılığı” səbəbindən həyatları üçün qorxmadıqları bir dövlətə çevrilməlidir.

Bundan əvvəl CNN telekanalı Missuri ştatının Kanzas-Siti şəhərində kütləvi atışma baş verdiyini bildirib. Hadisə Milli Futbol Liqası superkubokunun qaliblərinin şərəfinə keçirilən parad çərçivəsində baş verib.

Nəticədə hüquq-mühafizə orqanlarının əməkdaşları şübhəli bilinən iki şəxsi saxlayıb. Yerli polis rəisi Steysi Qreyvsi deyib ki, ən azı 20 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Zərərçəkənlərdən birinin həyatını xilas etmək mümkün olmayıb.

Bundan əvvəl naməlum şəxs Nyu-Yorkda metroda atışma törədib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR