İnsanlara hürriyət, millətlərə istiqlal!

Bayden İlon Maska hücum etdi - ŞOK AÇIQLAMA

757 18.07.2024 15:45 Dünya A A

ABŞ prezidenti Co Bayden amerikalı sahibkar İlon Maskı bu ilin noyabrında ölkədə keçiriləcək seçkilərin nəticələrini almağa cəhd etməkdə ittiham edib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə o, “X” sosial şəbəkəsindəki hesabında yazıb.

“Mən İlon Mask və onun zəngin dostlarının bu seçkiləri satın almaqla bağlı səylərindən bezmişəm”, - deyə, ABŞ dövlət başçısı qeyd edib.

Qeyd edək ki, İlon Mask illərdir hər iki partiyanın namizədlərinə ianələr köçürüb. Lakin bu ilin mart ayında o, ABŞ-ın Respublikaçılar Partiyasının iqtidarına ehtiyacı olduğunu, əks təqdirdə “ölkənin batacağını” söyləyib. Bununla İlon Maskda qarşıdakı seçkilərdə Donald Trampa açıq dəstək verdiyini bildirmiş olub.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR