İnsanlara hürriyət, millətlərə istiqlal!

Bayden hakimiyyəti benzin qiymətini ukraynalıların həyatından üstün tutur – The Hill

598 27.03.2024 22:37 Dünya A A

Amerikanın “The Hill” qəzeti Bayden administrasiyasını Ukrayna ilə bağlı mövqeyinə görə sərt tənqid edən metrialla çıxış edib.

Materialda Ağ Evin neft qiymətlərinin mümkün artımı ilə əlaqədar Rusiya neft emalı zavodlarına hücumları dayandırmaq çağırışı Co Bayden administrasiyasının absurd və uğursuz siyasi qərarıadlandırılır: "İkinci Dünya Müharibəsi zamanı müttəfiqlər 1942-ci ildə faşist Almaniyasının neft emalı zavodlarını bombalamağa başladılar və 1945-ci ilin mayında müharibənin sonuna qədər eyni qüvvə ilə bunu davam etdirdilər. Bu, müharibədə qalib gəlməyin açarı idi, çünki bu, almanların tanklaı, qırıcıları, bombardmançıları, zirehli maşınları və təchizat yük maşınlarını yanacaqla təmin etmək imkanını əlindən aldı. Müharibədə qalib gəlmək üçün Ukrayna da Kremlin Donbass və Krım yarımadasında cəbhə xəttində qoşunların döyüş sursatı və silahla təchiz edilməsi imkanlarını azaltmalıdır".

Bayden administrasiyasının benzinin qiymətini ukraynalıların həyatı və suverenliyindən üstün tutmaq mövqeyi nəşr tərəfindən “dəhşətli” adlandırılıb: “Baydenin noyabr seçkilərində uğuru ukraynalıların həyatını xilas etməkdən daha vacib sayıla bilməz”.

Qəzet həmçinin vurğulayıb ki, Ağ Ev son vaxtlar Rusiyanın qanadlı raketləri və pilotsuz təyyarələrinin Ukraynanın mülki hədəflərinə və enerji infrastrukturuna hücumlarını pisləməyib. Və Bayden hələ də Ukraynanın döyüşməsi və müharibədə qalib gəlməsi üçün lazım olan kritik silah və sursatları gecikdirməyə davam edir: "Zelenski əlində olanlarla - dronlarla mübarizə aparır. O, Rusiyanı ağrılı yerdən, pul kisəsindən vurur. O, Kremlin Putinin müharibəsini maliyyələşdirmək üçün qlobal vasitələrinə hücum edir".

Qəzet qeyd edir ki, Putin hələ də Ukraynanı məhv etmək fikrindən əl çəkmir və bundan ABŞ və NATO Ukraynaya effektiv qarşıdurma üçün lazım olan hər şeyi verənə qədər geri durmayacaq: "Hələ də Rusiyanı məğlub etməyin konkret planı yoxdur. ABŞ-ın müdafiə naziri Lloyd Ostin Ramşteyndə Ukrayna Müdafiə Təmas Qrupunun 20-ci konfransını "ABŞ və bu koalisiya Ukraynanın iflasa uğramasına imkan verməyəcək" ifadəsi ilə açıb. Lakin müttəfiqləri hələ də Ukraynana hücum silahları vermirlər. Belə silahlar isə rus hərbçilərinin Ukraynadan məğlub edilməsi və məcburi çıxarılması üçün son dərəcə zəruridir. Müdafiə silahları bu vəzifənin öhdəsindən gəlməyəcək".

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR