İnsanlara hürriyət, millətlərə istiqlal!

Bayden ELAN ETDİ: Müraciətlərinə baxılmadan deportasiya ediləcəklər

623 05.06.2024 15:16 Dünya A A

ABŞ-a qeyri-qanuni immiqrasiya getdikcə çətinləşir. 

Musavat.com "Haber Global"a istinadən xəbər verir ki, prezident Co Bayden ölkənin cənub sərhədini qanunsuz keçən qeyri-qanuni miqrantlara sığınacaq verilməsinə müvəqqəti qadağa qoyur.

Belə ki, ABŞ-a qeyri-qanuni yollarla daxil olan miqrantlar sığınacaq müraciətlərinə baxılmadan deportasiya ediləcəklər.

"Mən sərhəd problemlərimizi ikitərəfli qanunvericiliklə həll etməyə üstünlük verərdim, çünki pozulmuş sistemimizi düzəltməyin yeganə yolu budur. Amma Konqresdəki Respublikaçılar mənə başqa seçim qoymadılar",- deyə Bayden bildirib.

Yeni tədbirlərə əsasən, səlahiyyətlilər sığınacaq müraciətlərinə baxmadan ABŞ-a qanunsuz daxil olan immiqrantları deportasiya edə bilərlər. Bildirilib ki, bu tədbirlər miqrantların sayı gündəlik həddi keçdikdə və sərhəddə vəziyyət idarəolunmaz olduqda həyata keçiriləcək.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR