İnsanlara hürriyət, millətlərə istiqlal!

"Bavariya" "Volfsburq"u yenərək Bundesliqada üçüncü ardıcıl qələbəsini qazanıb

285 22.12.2019 09:12 İdman A A

"Bavariya" Almaniyanın futbol üzrə çempionatının 17-ci turunun matçında "Volfsburq"u qəbul edib.

"Report" xəbər verir ki, qarşılaşma Münhendəki "Alyans-Arena" stadionunda baş tutub və meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Qarşılaşmada ilk qolun müəllifi Joşua Zirkze olub. O, 85-ci dəqiqədə topu "Volfsburq"un qapısından keçirib. Dörd dəqiqə sonra yarımmüdafiəçi Serj Qnabri meydan sahiblərinin hesabdakı üstünlüyünü möhkəmləndirib. 

Beləliklə, "Bavariya" Bundesliqada üçüncü ardıcıl qələbəsini qazanıb.

Bu qələbədən sonra "Bavariya" 33 xalla Bundesliqanın yarış cədvəlində 3-cü yeri tutub. "Volfsburq" isə 24 xalla 9-cu yerdə qərarlaşıb. 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR