İnsanlara hürriyət, millətlərə istiqlal!

BAŞLANDI! Xankəndi ilə danışıqlar gedir, sensasion detallar - CANLI

1614 11.10.2022 15:55 Gündəm A A

“Qarabağdakı ermənilər bizim vətəndaşlardır və onlarla təmasların nə vaxt olacağını Bakı özü müəyyənləşdirə bilər”.

Prezident İlham Əliyev Praqada Xankəndi və ətraf bölgələrdə yaşayan ermənilərlə bağlı sualı belə cavablandırdı. “Biz qərar veririk onlarla necə, nə zaman əlaqə quracağıq, bu, bizim daxili işimizdir” deyə, prezident vurğulayıb. Dövlət başçısının dedikləri bu danışıqlarla bağlı hələ ki, xeyli suallar olduğunu təsdiqləyir.

Əvvəla, ermənilər bizim torpaqlarda məskunlaşsalar da, de-yure Azərbaycanın ümumvətəndaşlıq pasportlarını daşımırlar, bundan 30 ildir boyun qaçırırlar - ya öz xəyali “dövlət”lərinin heç bir gömrük sərhədinin tanımadığı qondarma “pasportu”, ya da Ermənistan vətəndaşlığını daşıyırlar. Bu danışıqlar masasının qurulması üçün ən vacib məsələdir. Biz nə Ermənistan, nə qondarma “artsax”ın deyil, Azərbaycanın pasportunu daşıyan erməni vətəndaşı ilə danışıqlara oturmalıyıq.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin direktoru Fərid Şəfiyev də yerli mediaya müsahibəsində bildirib ki, Azərbaycanın “Qarabağın müstəqilliyi” və sair bu kimi radikal ideyaları davam etdirən ermənilərlə masaya oturmayacağı birmənalıdır:

“Ümumiyyətlə, Azərbaycan Respublikası Konstitusiyasının əleyhinə çıxan bu tip radikal şəxslər sonda ya Azərbaycan ərazisini tərk etməli olacaqlar, ya da müəyyən hüquqi proseslər çərçivəsində onların taleyi həbslə yekunlaşacaq”.

Şəfiyev deyib ki, Azərbaycan Konstitusiyasında etnik azlıqların hüquqlarının tam siyahısı verilib. “Məsələn, dillərini inkişaf etdirmək hüququ. Təbii ki, milli kimliyin, mədəniyyətin inkişafı üçün bir çox digər imkanlar da nəzərdə tutulur. Teatrların, məktəblərin yaradılması və s. Təbii ki, bu məsələ gündəmdədir, lakin biz buna Azərbaycan Respublikasının daxili işi kimi baxacağıq. Bu dialoq isə əlbəttə ki, lazımdır”.

Belə anlaşılır ki, Bakının danışıqlarda müəyyən təklifləri artıq hazırdır və Xankəndindəki ermənilərə ən yaxşı halda “milli-mədəni muxtariyyət” verilə bilər.

Bəs, Qarabağ erməniləri ilə danışıqlar baş tutarsa, onları Bakıya çağırmaq daha məntiqlidir, yoxsa Xankəndinə getmək də olar? Bu danışıqlarda Azərbaycanı kimlər təmsil edə bilər? Danışıqlar üçün Azərbaycanın ilkin şərtləri nə olmalıdır?
TVMusavat-ın saat 16:00-da canlı efirində Sosial Tədqiqatlar Mərkəzinin mətbuat katibi, siyasi şərhçi Əziz Əlibəyli ilə Xankəndi və Ukrayna müharibəsini müzakirə edirik. Müzakirədə tamaşaçılarımız da iştirak edəcək.

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

 

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat


Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR