İnsanlara hürriyət, millətlərə istiqlal!

Barvixada ələ keçiirlmiş ərazilər 6 milyarderdən geri alına bilər

795 12.03.2024 14:57 Dünya A A

Moskva vilayətinin Odintsovo məhkəməsi 2000-ci illərə qədər “Barvixa” sanatoriyasına məxsus olan torpaqların dövlətə qaytarılması işinə baxmağa başlayıb.

Musavat.com xəbər verir ki, bu barədə TASS iş materiallarına istinadla məlumat yayıb.

Sənədlərə əsasən, Barvixada 2000-ci illərdə özəlləşdirilən, torpaq sahələrinə bölünən və hazırda bir neçə fiziki şəxsə məxsus olan 100 hektara yaxın torpaq sahəsinin dövlətin xeyrinə müsadirə olunmasını tələb edən sənədləşmə Baş Prokurorluğun təşəbbüsü ilə həyata keçirilib.

Mübahisəli ərazinin sahibləri arasında “Uralchem” şirkətinin təsisçisi Dmitri Mazepin, çiçək salonunun sahibi Nadejda Advokatova, sahibkar Aleksey Boqaçev və tərtibatçı Mixail Xubutiya kimi şəxslər var. Ümumilikdə, altı rusiyalı milyarder Barvixadakı torpaq sahələrini itirə bilər. Prokurorluq işi qazanarsa, mülklərinin yerində yenidən sanatoriya üçün park salınacaq.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR