İnsanlara hürriyət, millətlərə istiqlal!

“Baltimordakı körpünün dağılması terror aktı deyil, qəzadır”

903 26.03.2024 19:03 Dünya A A

ABŞ-ın Merilend ştatının qubernatoru Ues Mur Baltimorda körpünün gəmil ilə taran edilməsindən sonra çökməsində heç bir terror izi olmadığını bildirib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, o, bu barədə martın 26-da CNN telekanalında məlumat verib.

"Bizdə olan son məlumata görə, bu, qəza olub", -mer deyib.

Mur bildirib ki, istintaq körpüdəki insidentin terror hücumu ilə əlaqəli olmadığını təsdiqləyib.

Baltimorda magistral körpü həmin gün yerli vaxtla saat 01:27-də uçub. Hadisədən dərhal sonra Merilend Nəqliyyat İdarəsi X sosial şəbəkəsində körpüdə nəqliyyatın kəsildiyini bildirsə də, bunun səbəbini açıqlamayıb. Hadisədən əvvəl səlahiyyətlilərdən təhlükə barədə məlumat verilməyib. Toqquşma nəticəsində bir neçə avtomobil dağılmış körpüdən suya düşüb.

Sonradan məlum olub ki, körpünün dayağına çırpılan “Dali” gəmisi idarəetməni itirib və ekipaj səlahiyyətlilərə toqquşma ehtimalı barədə əvvəlcədən xəbərdarlıq edib. Bir nəfərin vəziyyətinin ağır olaraq xəstəxanaya yerləşdirildiyi dəqiqləşdirilib. Hazırda xilasedicilər uçma zamanı körpüdən yıxılmış ola biləcək insanların axtarışlarını davam etdirirlər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR