İnsanlara hürriyət, millətlərə istiqlal!

Balakən sakinindən narkotik götürülüb

572 12.09.2018 18:20 Son xəbər A A


DİN mətbuat xidmətinin Şəki regional qrupundan Musavat.com-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında Qax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Balakən rayon sakini Bəhruz Layıcov saxlanılıb.

Ətrafında aparılan araşdırma nəticəsində B.Layıcov tərəfindən Güllük kəndinin meşə zolağında kultivasiya yolu ilə yetişdirilmiş 152 ədəd çətənə kolu və ümumi çəkisi 303 qram olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı Qax RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR