İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıdakı İran səfirinin xəritə mesajı kimlərədir?

1767 13.03.2024 12:44 Ölkə A A

Bunu Musəvinin zəif coğrafiya bilikləri kimi qəbul etmək olardı, lakin...

İranın Azərbaycandakı səfiri Abbas Seyid Musəvi X hesabında Qafqaz xəritəsinin maraqlı təsvirini yerləşdirib. Bu xəritədə Gürcüstan sərhədləri qismən Çeçenistan, İnquşetiya və Qaraçay-Çərkəz ərazilərini əhatə edir. Xatırladaq ki, bu, Rusiyanın suveren əraziləridir. Xəbəri “Turan” yayıb. 

Bildirilir ki, səfir bu təsviri aşağıdakı mətnlə müşayiət edib: “Qafqazın problemləri yalnız bu regionun ölkələrinə aiddir. İran və digər region ölkələri Qafqazda sabitlik və təhlükəsizlik üzrə "3+3" təşəbbüsünü qətiyyətlə dəstəkləyir və regiondankənar müdaxiləyə heç vaxt dözməyəcək. Digər fundamental məsələlərdə olduğu kimi, bizim bu fundamental məsələdə də Qərbin məqsədləri və istəkləri ilə ciddi problemlərimiz var".

Musəvinin nəşrini zəif coğrafiya bilikləri kimi qəbul etmək olardı, lakin bu nəşr və xəritə İRNA dövlət agentliyinin saytında dərc olunub.

“Turan” yazır ki, İranın bütün məmurları başqalarına öyüd verməyi, sevgi və dostluğa inandırmağı xoşlayırlar. Görünür, iranlılar bu şəkildə Rusiya ilə “dostluqlarını” ifadə edirlər. Bəs İran səfirinin xəritə mesajının anlamı Rusiyanın bu regionda hegemon olduğu mesajıdırmı? “Regiondankənar müdaxiləyə heç vaxt dözməyəcək” deyərkən, son zamanlar ölkəsinin ətrafına Qərb ölkələrini toplayan Ermənistana xəbərdarlıqmı edir?

Bəhruz Məhərrəmov: Avropa institutları özlərini ifşa edir

Bəhruz Məhərrəmov

Deputat Bəhruz Məhərrəmov Ermənistanın son illərdəki qərbyönlü siyasətinin İran tərəfindən də ciddi narazılıq yaratdığını söylədi: “İrəvanın Moskva ilə münasibətlərinin dalana dirənməsi fonunda Qərbin regionda aktivləşməsi, tədricən daha çox hərbi mövcudluğa çevrilməsi artıq İran üçün təhdid yaratmağa başlayıb. Paşinyan hökumətinin Ermənistandakı Rusiyanın hərbi bazasını Fransanın hərbi mövcudiyyəti ilə əvəzləmək niyyəti Tehranın susa biləcəyi məsələ deyil. Düzdür, İran özünün Qafqazdakı əsas müttəfiqi ilə açıq konfliktə girmir, lakin İran Xarici İşlər Nazirliyinin ayrı-ayrı rəsmilərinin oxşar bəyanatları, o cümlədən İranın Azərbaycandakı səfirinin X sosial şəbəkəsindəki paylaşımı Ermənistanın davranışlarının Tehranda açıq narazılıq yaratdığını deməyə əsas verir. Proseslər hansı istiqamətdə cərəyan edəcək, bu barədə proqnoz irəli sürmək çətindir, lakin dəyişməyən bir reallıq var ki, Tehranın İrəvana əvvəlki güvəninin bərpa edilməsi üçün Ermənistanın xarici siyasət kursunun köklü transformasiyasına ehtiyac var ki, indiki məqamda bu da ağlabatan görünmür".

Elçin Mirzəbəyli: Zəfər Qurultayı Azərbaycan diasporunun tarixində yeni bir  mərhələnin başlanğıcıdır - AZƏRTAC

Elçin Mirzəbəyli

BAXCP sədrinin müavini, politoloq Elçin Mirzəbəyli xəritənin ciddiyə alınmasının tərəfdarı deyil: “Əgər sözügedən xəritənin paylaşılması məqsədyönlü şəkildə baş veribsə, o zaman mesajın Rusiyaya deyil, Gürcüstana ünvanlandığını düşünmək olar. Məlum olduğu kimi, Tehran Orta dəhlizə və onun həyata keçiriləcəyi təqdirdə ayrılmaz bir hissəsi olan Zəngəzur dəhlizinə qarşı çıxış edir. İran ərazisindən yan keçən heç bir kommunikasiya layihəsinin icrasında maraqlı deyil və bacardığı qədər bu prosesin qarşısının alınmasına çalışır. Xəzər üzərindən həyata keçirilən istənilən nəqliyyat və enerji layihəsi İranın qəzəbinə tuş gəlir. Halbuki bu ölkə “İran” adlandırıldığı dövrdən SSRİ-nin süqutuna kimi Xəzər dənizinə mübaliğəli görünsə də, yaxın gələ bilməyiblər. Səfir bu xəritə ilə Gürcüstanı İran və Ermənistan ərazisindən keçən layihələrin bir hissəsi olmağa dəvət edir və bununla da mesaj verməyə çalışır ki, Rusiya əvvəl Cənubi Qafqazdan, sonra isə bütövlükdə regiondan yavaş-yavaş “buxarlanacaq” və Gürcüstan nəinki öz ərazi bütövlüyünü bərpa edəcək, hətta daha da böyütmək imkanı qazanacaq. Bu, təxminən boşboğaz molla Amilinin “şirin quyruğu” ilə bağlı metaforik söz ifrazatına bənzəyir. Rusiyanın suveren ərazilərini başqa bir ölkənin ərazisi kimi təqdim etdikdən sonra “regiondankənar müdaxiləyə imkan verilməyəcəyi” barədə hədə-qorxunun hansı qütbə ünvanlandığını müəyyənləşdirmək mümkün deyil. Musəvi kimi nəzərdə tutur? Əgər xəritəni əsas götürsək, Rusiyanı. Yox, əgər reallığı nəzərə alsaq, Qərbi. İran bir tərəfdən Qərbin regiona müdaxiləsinə qarşı çıxış etdiyini iddia edir, digər tərəfdən Zəngəzur dəhlizinə qarşı çıxış etməklə Qərbin bölgədəki istəklərinə dəstək verir. Bu baxımdan, Musəvinin xəritəsinin və sözlərinin çox da ciddiyə alınmasının tərəfdarı deyiləm. Regiondakı proseslər İran təmsilçilərinin nağılvari ifadələrinə, poetik bənzətmələrinə deyil, reallığa uyğun bir şəkildə inkişaf edəcək. Tehranın qarın ağrısı türk dövlətlərinin quru və dəniz yolu ilə bir-birinə daha sıx bağlanmaları və TDT-nın Mərkəzi və Qərbi Asiyada söz sahibi olmasıdır".

Elxan Şahinoğlu son çıxışı ilə özünü və “ağalarını” belə ələ verdi -  ƏTRAFLI | KONKRET

Elxan Şahinoğlu

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu cənub qonşumuzun Azərbaycana qarşı məkrli siyasətini davam etdirməsinə xüsusi yer ayırdı: “İran əvvəlkitək siyasətində ikili standartlardan çıxış edir. Bir tərəfdən 3+3 ideyasını dəstəkləyir və deyir ki, başqa ölkələr Cənubi Qafqazda fəal olmasın, maraqları burada təmsil olunmasın. Digər tərəfdən isə görürük ki, Ermənistan Qərb ölkələri ilə sıx əməkdaşlıq edir. Hətta Fransa jandarmı Qərbi Zəngəzur istiqamətində sərhəddə yerləşib. İrana da yaxın ərazidir. Düzdür, son zamanlar İran rəsmiləri yumşaq şəkildə Ermənistana xəbərdarlıqlarını çatdırırlar. Amma Ermənistan bu siyasətini dəyişmir. Bugünlərdə Ermənistanın müdafiə naziri Suren Papikyanı Tehrana səfərə göndərmişdi. Yəni İranı da yumşaltmağa çalışırlar. Cənub qonşumuz Ermənistana heç bir təzyiq etmir. Rusiya isə rəsmi İrəvanın siyasətindən ciddi şəkildə narazıdır və bunu açıq şəkildə ifadə edir. Deyir ki, Avropa müşahidə missiyası Rusiyaya qarşıdır. Amma İrandan bu yöndə heç bir açıqlama görmürük. Bunun əvəzinə dolayı mesajlar göndərirlər, yaxud xəritələr yayımlayırlar. Bu arada Azərbaycana qarşı da yenə məkrli siyasətə davam edir. Bugünlərdə İranın Rəşt şəhərində Azərbaycan əleyhinə bir toplantı keçirilib. Orada separatçı Əlikram Hümbətovun fəaliyyəti haqqında fikirlər səsləndirilib. Bir tərəfdən İran Azərbaycanla münasibətlərin yüksəlməsini, Tehrandakı səfirliyimizin fəaliyyətinin bərpa edilməsini istəyir, digər tərəfdən isə əleyhimizə müəyyən tədbirlər keçirirlər. Əlbəttə, Azərbaycan regional əməkdaşlığın tərəfdarıdır. “3+3" ideyasını elə ilk təklif edənlərdən biri də Azərbaycan Prezidenti İlham Əliyev olub. Amma bu istiqamətdə əməkdaşlıq hələ ki mümkün deyil. Gürcüstan bu formatda iştirak etmir. Ermənistan öz qəti rəyini bildirməyib. İran anti-Azərbaycan siyasətini davam etdirir. Regional əməkdaşlıq faydalıdır. Azərbaycan da Qərb ölkələrinin bölgədə yerləşməsini istəmir. Amma problem ondadır ki, İran açıqlama verir, digər tərəfdən də fərqli siyasət yürüdür”.  

Cavanşir ABBASLI
“Yeni Müsavat”


Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR