İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıdakı bu məşhur restoranların sahibləri cəzalandırıldı - FOTO

839 30.04.2024 13:36 Ölkə A A

Ölkə ərazisində fəaliyyət göstərən ictimai-iaşə obyektləri və restoranlarda Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin və Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun əməkdaşları tərəfindən növbəti monitorinqlər keçirilib.

Musavat.com axşam.az-a istinadən bildirir ki, bu barədə məlumatı Dövlət Ekoloji Təhlükəsizlik Xidməti yayıb.

Keçirilən monitorinqlər və aparılan ölçmə işləri zamanı Bakı şəhərində fəaliyyət göstərən "Movida Plaza", "Üzeyir", "Xudafərin", "Neolit City", "Şahənşah", "Qayınana", "Old Manqal", "Salam Baku", "Muğam Klub", "Səhər Mehi", "Nanə Pub", Sumqayıt şəhərində fəaliyyət göstərən "Yeni Həyat", "Romanse", "Veqas", "Tərlan", "Orman", Gəncə şəhərində fəaliyyət göstərən "Tural", "Kəhraba", "Söyüdlük", Göygöl rayonunda fəaliyyət göstərən "Münasib", Samux rayonunda fəaliyyət göstərən "Çıraq Plaza" ictimai-iaşə obyektləri və restoranlarından havaya atılan tullantıların miqdarının normadan artıq olduğu müəyyən edilib.

Faktlarla bağlı obyektlərin səlahiyyətli nümayəndələri barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb.

Dövlət Ekoloji Təhlükəsizlik Xidməti ictimai-iaşə obyektləri və restoran sahiblərini obyektlərindəki təmizləyici qurğuların texniki göstəricilərinin normalara uyğunluğunu təmin etməyə, havanın çirkləndirilməsinə yol verməməyə çağırıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR