İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda yük, Kürdəmirdə minik avtomobili yanıb

235 16.05.2021 22:01 Ölkə A A

Bakı şəhərində yük, Kürdəmir rayonunda minik avtomobili yanıb.

Musavat.com-un Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Qaradağ rayonunda “Shacman” markalı yük avtomobili yol kənarına aşıb. Nəticədə avtomobilin kabinə hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Kürdəmir rayonunun Yenikənd kəndində isə "ВАЗ" markalı minik avtomobilinin mühərrik hissəsi və salonu yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Hər iki yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR