İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda yataqxanada yanğın olub

461 22.01.2023 13:27 Hadisə A A

Bakı şəhərinin Nərimanov rayonunda üçmərtəbəli yataqxana binasının 3-cü mərtəbəsinin dəhlizində ümumi sahəsi 20 m² olan mətbəxdə 5 m² sahədə mebel, 1 ədəd paltaryuyan maşın və 1 ədəd qaz sobası yanıb.

Musavat.com-un Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, yüksək temperaturdan dəhlizdə quraşdırılan 1 ədəd qaz sayğacı, 1 ədəd elektrik açarı və 2 ədəd plastikdən ibarət qapı əriyib.

Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR