İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda xəstəxanada hamilə qadın öldü: Yaxınları tanınmış ginekoloqu döydü

1453 15.11.2021 17:38 Hadisə A A

Bakıda hamilə qadın ölüb.

Musavat.com oxu.az-a istinadən bildirir ki, 20 yaşlı Yeganə Mirzəyeva hamiləlik ilə əlaqədar yaşadığı Sabirabad rayonunda mərkəzi xəstəxananın doğum şöbəsinə aparılıb.

Onu orada tanınmış həkim-ginekoloq Lalə Kazım müayinə edib. Həkim daha sonra hamiləni Bakıdakı xəstəxanalardan birinə göndərib. Hamilə həmin xəstəxanada ölüb.

Bundan sonra Y.Mirzəyevanın həyat yoldaşı, anası və qayınanası Sabirabad Rayon Mərkəzi Xəstəxanasına gedərək, Lalə Kazımı ittiham edib və onu döyüb.

Qeyd olunan faktlarla bağlı hüquq-mühafizə orqanlarında araşdırma aparılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR