İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda kütləvi davada saxlanılan şəxsə cəza verildi - Bir nəfər öldürülüb

1785 16.05.2021 15:39 Kriminal A A

Bakıda kütləvi dava zamanı qətl hadisəsi törətməkdə təqsirli bilinən şəxsə hökm oxunub.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində adam ölümündə təqsirli bilinən Vüqar Babayevin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb. Məhkəmənin hökmü ilə Vüqar Babayev 10 il müddətinə azadlıqdan məhrum edilib.

Ona qarşı Cinayət Məcəlləsinin 126.3-cü (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma) və 221.3-cü (xuliqanlıq) maddələri ilə ittiham elan edilib.

Məlumata görə hadisə Binəqədi rayonu, 9-cu mikrorayon, Bəhlul Səttarzadə küçəsində baş verib.

1985-ci il təvəllüdlü Ziyad Əkbərov və 1988-ci il təvəllüdlü Anar Tağıyev bıçaqlanıb.

Ziyad Əkbərov yaralı vəziyyətdə Anar Tağıyevi özünə məxsus avtomobilə mindirərək 1 saylı şəhər xəstəxanasına aparıb. Lakin Anar Tağıyev avtomobildə qan itirmədən dünyasını dəyişib.

Ziyad Əkbərov isə ayağından bıçaqlandığı üçün cərrahi əməliyyat olunub.

Binəqədi rayon Polis İdarəsinin 7-ci polis bölməsi və Binəqədi rayon Prokurorluğunun əməkdaşları hadisə yerinə baxış keçirib.

Yaralı Ziyad Əkbərovun ilkin izahatı alınıb. O bildirib ki, ölən şəxs onu taksi sürücüsü kimi çağırıb.

Ziyad Əkbərov ünvana çatdıqda isə Anar Tağıyevin bir neçə nəfər tərəfindən döyülərək bıçaqlandığını görüb. Xilas etmək istəyərkən o da xəsarət alıb.

Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Orxan Binnətov, İlkin Xəlilli və Vüqar Babayev saxlanılıb.

Orxan Binnətov və İlkin Xəlilli barəsində cinayət işi ayrıca icraata verilib.

İlkin Muradov
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR