İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda Kəlbəcər coşqusu: Şəhidlər Xiyabanına doğru izdihamlı yürüş keçirilib - VİDEO, FOTOLAR

6016 15.11.2020 12:52 Ölkə A A

Kəlbəcərin işğaldan azad edilməsi Bakıda qeyd edilir.

Musavat.com xəbər verir ki, Heydər Əliyev Mərkəzinin qarşısına toplaşan insanlar "Qarabağ Azərbaycandır!" şüarı səsləndirib, qələbə mahnıları ifa ediblər.

Daha sonra isə əksəriyyəti Kəlbəcər rayonunun sakinləri olan əraziyə yığışan vətəndaşlar  avtomobillərlə Şəhidlər Xiyabanına doğru qələbə yürüşü ediblər. 

Şəhidlər Xiyabanında "Qarabağ Azərbaycandır!", "Şəhidlər ölməz, Vətən bölünməz!" kimi şüarlar səsləndirilib. 

 Musavat.com-un əməkdaşlarının izdihamlı yürüşdən etdikləri canlı videoreportajı təqdim edirik:

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Ermənistanın baş naziri Nikol Paşinyanın və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin noyabrın 10-da imzaladıqları bəyanatın 6-cı bəndinə əsasən Ermənistan işğal etdiyi Kəlbəcər rayonunu bu gün Azərbaycana qaytarır.

İlkin Muradov,
Alim Liftiyev,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR