İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda keçmiş mühafizəçi marketdən oğurluq edib

286 24.12.2019 12:53 Kriminal A A

Bakıda keçmiş mühafizəçi marketdən oğurluq edib.

“Report”un xəbərinə görə, hadisə dekabrın 21-dən 22-nə keçən gecə Binəqədi rayonunun S.Bəhlulzadə küçəsində qeydə alınıb.

Belə ki, Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş A.Abdullayev əvvəllər mühafizəçi işlədiyi marketdən 1400 manat dəyərində elektrik avadanlıqları oğurlayıb.

Daha sonra marketin rəhbərliyi hüquq-mühafizə orqanları əməkdaşlarına müraciət edib.

Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində A.Abdullayev şübhəli şəxs qismində saxlanılıb.

Faktla bağlı təhqiqat araşdırmaları davam etdirilir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR