İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda ilk dəfə uşaq müziklı keçirildi - FOTOLAR

1334 15.04.2018 16:25 Mədəniyyət A A

Azərbaycanda “Ələddin” adlı ilk uşaq müziklının premyerası keçirilib.

Musavat.com xəbər verir ki, premyera Heydər Əliyev Sarayında baş tutub.

Müziklın quruluşçu-rejissoru – Azərbaycan Respublikasının Əməkdar artisti İnarə Babayevadır. Rollarda –populyar estrada ulduzları Zamiq Hüseynov, Sevda Yəhyayeva, Emiliya Yaqubova, Əməkdar artistləri Ələkbər Əliyev, Hüseyn Abdullayev və başqa tanınmış aktyor-müğənnilər çıxış edib.

Şərq koloriti, ritmik rəqslər, yumor, maraqlı dekorasiyalar, ən əsası isə populyar müğənni və aktyorların ifa etdiyi bənzərsiz muzkl təkcə balacaların deyil, böyüklərin də ürəyincə olub.

Azərbaycanın tarixində ilk dəfə keçirilən uşaq müziklı alqışlarla sona çatıb.

Könül
Musavat.com
Fotolar müəllifindir

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR