İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda evlərdən oğurluq edən şəxslər tutulub

454 25.05.2022 12:54 Kriminal A A

Bakıda evlərdən oğurluq edən şəxslər tutulub.

Bu barədə Musavat.com-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Qaradağ Rayon Polis İdarəsinin (RPİ) 10-cu Polis Bölməsi (PB) əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Müşfiqabad qəsəbəsindəki evlərin birindən 5 500 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən paytaxt sakinləri - Arif Nadirov və Sitarə Məmmədova müəyyən edilərək saxlanılıblar.

Bundan başqa, Sabunçu RPİ 14-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Maştağa qəsəbəsindəki evlərin birindən 3 500 manat dəyərində qapı, məişət əşyaları, elektrik naqilləri, 2 ədəd pəncərə və dəmir barmaqlıq oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Ələkbər Ələkbərov saxlanılıb.

Nəsimi RPİ 21-ci PBi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində isə İ.İsmayılov küçəsindəki evlərin birindən 7 000 manat, 300 ABŞ dolları, 1 000 manat dəyərində qızıl-zinət əşyaları və televizor oğurlamaqda şübhəli bilinən Salyan rayon sakini Əbülfəz Almuradov müəyyən edilərək saxlanılıb.

Həmçinin Xətai RPİ 35-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində İ.İsmayılov küçəsindəki evlərin birindən 150 manat pul və 9 000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Şəfa İsmayılov saxlanılıb.

Eyni zamanda Qusar Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Çubuqlu kəndindəki evlərin birindən 3 500 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən rayon sakini Elmin Bəkirov saxlanılıb.

Faktlarla bağlı araşdırmalar aparılır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR