İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda EVƏ BASQIN: Qadının pul və qızılını apardılar

822 04.04.2023 16:38 Kriminal A A

Bakıda evə basqın olub.

Musavat.com lent.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonu Ziya Bünyadov prospektində qeydə alınıb.

Orada yerləşən Kəmalə Nəsirovaya məxsus evə basqın edən naməlum kişi qadını bıçaqla hədələyərək külli miqdarda pulunu və qızıllarını götürərək qaçıb.

Qadın hadisə barəsində polisə məlumat verib.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən şəxsin Ağdam sakini Ceyhun Qurbanov olması müəyyən edilərək saxlanılıb.

Faktla bağlı cinayət işi açılıb. Araşdırılma aparılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR