İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda ət BAHALAŞDI

1855 14.03.2026 18:55 Ölkə A A

Paytaxtın Yeni Ramana qəsəbəsində ətin qiymətində artım müşahidə olunur.

Yeni Ramananın inzibati ərazi bölgüsünə daxil olan "Suşa" şəhərciyində bu gündən etibarən həm dana, həm də quzu ətinin qiyməti bahalaşıb. Dünən dana ətinin bir kiloqramı müştərilərə 16-17 manata təklif olunduğu halda bu gün 18 manata satılır. Quzu əti isə heyvanın çəkisindən asılı olaraq 20-21 manata alıcılara təklif olunur.

Qəssablar qiymət artımını rayonlarda ətin bahalaşması ilə əlaqələndiriblər. Onlar Novruz və Ramazan bayramlarının yaxınlaşmasının qiymət artımına təsir göstərdiyini bildiriblər. (Metbuat.az)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR