İran regionda strateji dəniz yollarının idarə edilməsi və ABŞ ilə münasibətlər barədə kəskin mövqeyini nümayiş etdirib.
Musavat.com xəbər verir ki, İranın xarici işlər nazirinin müavini Kazım Qəribabadi Hörmüz boğazından Omana gəmilərin təhlükəsiz hərəkəti üçün yeni həll yolunun təklif edildiyini açıqlayıb.
Hörmüz boğazının minalardan təmizlənməsi məsuliyyətinin birbaşa İranın üzərinə düşdüyünü qeyd edən nazir müavini, rəsmi Tehranın Omanın suverenliyini pozmaq niyyətində olmadığını vurğulayıb. Bununla belə, Qəribabadi İranın Hörmüz boğazı üzərindəki öz suverenliyini istənilən vasitə ilə müdafiə edəcəyini və heç bir halda bu boğazın cənub marşrutunu qəbul etməyəcəyini qətiyyətlə diqqətə çatdırıb.
XİN rəsmisi həmçinin ABŞ ilə gərgin münasibətlərə və danışıqlar mövzusuna da toxunaraq bildirib ki, bu günə qədər İslamabad razılaşması çərçivəsində Vaşinqtonla heç bir danışıqlar aparılmayıb və İran gələcəkdə də ABŞ ilə müzakirələr barədə hər hansı bir tələb irəli sürmək niyyətində deyil.
Xatırladaq ki, Kazım Qəribabadi bir qədər əvvəl, iyulun 18-də İranın İslamabad memorandumu üzrə öz öhdəliklərinin icrasını tamamilə dayandırdığını rəsmən elan etmişdi.
Musavat.com






