İnsanlara hürriyət, millətlərə istiqlal!

Səttar Manafov VƏFAT ETDİ FOTO

1084 19.07.2026 13:18 Hadisə A A

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin sabiq komandan müavini, ehtiyatda olan I dərəcəli kapitan Səttar Qəzənfər oğlu Manafov vəfat edib.

Musavat.com xəbər verir ki, Səttar Manafov Azərbaycan Hərbi Dəniz Qüvvələrinin yaradılmasında və formalaşmasında mühüm xidmətləri olan hərbçilərdən biri olub.

O, uzun illər Hərbi Dəniz Qüvvələri komandanının müavini vəzifəsində xidmət göstərib, həmçinin Hərbi Dəniz Qüvvələrinin Təlim-Tədris Mərkəzinin rəisi və Ali Hərbi Dənizçilik Məktəbində kafedra müdiri kimi çalışıb.

Neftçala rayonunun yetirməsi olan polkovnik Səttar Manafov Birinci Qarabağ müharibəsinin iştirakçısı olub. O, Füzuli istiqamətində gedən döyüşlərdə iştirak edərək Vətən uğrunda xidmət göstərib.

Təxminən 40 ilə yaxın ömrünü hərbi dənizçilik sahəsinə həsr edən Səttar Manafov peşəkar zabit, bacarıqlı rəhbər və pedaqoq kimi yüzlərlə hərbçinin yetişməsində mühüm rol oynayıb.

Allah rəhmət eləsin!

Şahanə Rəhimli
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR