Rusiya ordusunun Ukraynanın Buça şəhəri yaxınlığına endirdiyi raket zərbələri böyük dağıntılara səbəb olub.
Musavat.com xəbər verir ki, Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin yaydığı məlumata görə, hücum nəticəsində bölgədəki iri anbarlar və strateji loqistika obyekti hədəf alınıb. Ukraynanın hərbi teleqram kanalları isə vurulan bu böyük infrastruktur obyektinin birbaşa Amerika şirkətinə məxsus olduğunu iddia edib.
Rusiya Müdafiə Nazirliyi də rəsmi bəyanat yayaraq, Buçadakı sözügedən logistika mərkəzinə uğurlu zərbə endirildiyini rəsmən təsdiqləyib.
Hadisə yerində güclü yanğın baş verib, dağıntıların miqyası və tələfat barədə araşdırmalar davam edir.
Musavat.com






