İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenski Kiyevə gecə hücumundan danışdı: "Ballistik raketlər..."

800 19.07.2026 12:41 Dünya A A

Ukrayna paytaxtı Kiyev son ayların en dəhşətli və dağıdıcı hərbi zərbələrinə məruz qalıb.

Musavat.com xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ordusunun bu gecə Kiyevə qarşı müharibənin ən kütləvi ballistik raket hücumlarından birini həyata keçirdiyini bəyan edib.

Dövlət başçısının sözlərinə görə, düşmən qüvvələri müxtəlif tipli 40-dan çox raket və 120 zərbə pilotsuz uçuş aparatı (PUA) atıb ki, bu silahların da mütləq əksəriyyəti birbaşa paytaxtı hədəf alıb.

Hazırkı məlumatlara əsasən, Kiyev şəhəri və Kiyev vilayətində güclü partlayışlar nəticəsində 1 nəfər həyatını itirib, daha 16 dinc sakin isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Dağıntılar altında qalanların xilas edilməsi və fəsadların aradan qaldırılması üçün operativ xidmətlər gücləndirilmiş rejimdə çalışır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR