İnsanlara hürriyət, millətlərə istiqlal!

"Türkiyə agenti" gələn həftə spiker olacaqmı?

929 19.07.2026 09:47 Siyasət A A

Məzuniyyət götürərək dağlara çıxmış, erməni mediasında “skalolaz” ləqəbi almış baş nazir Nikol Paşinyanın növcbəti həftə iş başına qayıdacağı gözlənilir. Musavat.com erməni medialarına istinadən yazır ki, Paşinyanın iş başına qayıtması ilə yeni parlament rəhbərliyinin təsdiqi gözlınilir. Ermənistanda hakim "Vətəndaş Müqaviləsi" Partiyasında baş verən son proseslər parlament rəhbərliyində ciddi dəyişikliklərin anonsu kimi qiymətləndirilir. Partiya daxilindən yayılan məlumatlara görə, ötən ayın sonunda idarə heyətinin qapalı iclasında yeni spikerlə bağlı gizli səsvermə keçirilib. Səsvermədə hazırkı spiker Alen Simonyan, fraksiya rəhbəri Hayk Konjoryan və vitse-spiker Ruben Rubinyan iştirak ediblər. İddialara əsasən, Ruben Rubinyan 12 səslə rəqiblərini geridə qoyub. Alen Simonyan cəmi 5, Hayk Konjoryan isə 3 səs toplayıb.
Picture backgroundAmma Rubinyanın spiker seçilməsi o qədər də rahat olmayacağı bəllidir. Ermənistanın Türkiyə ilə münasibətlərin normallaşdırılması siyasətinin əsas simalarından biri hesab edilən Rubinyanın namizədliyinə Ermənistanda ciddi etirazlar var. Onun namizəd elan edilməsindən cəmi bir neçə saat sonra Türkiyənin Ermənistanla münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi Sərdar Kılıçın Rubinyanı təbrik etməsi ölkə daxilində geniş müzakirələrə səbəb olmuşdu. Ermənistan siyasi dairələrində qeyd olunur ki, başqa bir dövlətin nümayəndəsinin hələ rəsmi seçilməmiş namizədi bu qədər operativ təbrik etməsi diplomatik praktikada nadir hallarda rast gəlinən hadisədir.
Hakimiyyətin əsas tənqidçiləri xüsusilə Rubinyanın 2017–2018-ci illərdə İstanbul Siyasət Mərkəzində (IPC) apardığı araşdırmanı qabardırlar. Bu mərkəz Sabancı Universitetinin nəzdində fəaliyyət göstərir və Hrant Dink Fondunun Ermənistan–Türkiyə təcrübə mübadiləsi proqramı çərçivəsində Rubinyan burada tədqiqat aparıb. Müxaliflər iddia edirlər ki, həmin layihə Türkiyənin “yumşaq güc” siyasətinin tərkib hissəsi olub. Bununla yanaşı, Sabancı Universitetinin yaranma tarixi və qurucuları barədə müxtəlif siyasi iddialar da gündəmə gətirilir.Rubinyan İrəvan Dövlət Universitetində, daha sonra London Universitet Kollecində (UCL) və Yagellon Universitetində təhsil alıb. 2018-ci ildə Ermənistanda hakimiyyət dəyişikliyindən dərhal sonra o, xarici işlər nazirinin müavini təyin edilib. Müxalifət hesab edir ki, əvvəlki diplomatik təcrübəsinin olmamasına baxmayaraq bu qədər sürətlə yüksək vəzifəyə gətirilməsi əlavə suallar yaradır.Yeri gəlmişkən, vitsde-spiker postuna müxalifətdə kimin namizəd olacağı da hələ ki açıq qalıb.
Rubinyanın mümkün spiker seçilməsi təkcə parlament rəhbərliyində kadr dəyişikliyi deyil, həm də Ermənistanın xarici siyasət kursu, Türkiyə ilə münasibətlərin gələcəyi və hakimiyyət daxilində qüvvələr balansı baxımından mühüm siyasi hadisə kimi qiymətləndirilir.

Qalır, Paşinyanımn dağdan qayıtması və yeni parlament rəhbərliyi ilə fəaliyyətə başlaması...

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR